Icma.az
close
up
RU
Hindistandan qəbulolunmaz davranış: Azərbaycana qarşı qərəzin səbəbi nədir?

Hindistandan qəbulolunmaz davranış: Azərbaycana qarşı qərəzin səbəbi nədir?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini yenidən bloklayıb. Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən analoji yanaşma nümayiş etdirib. Hindistanın ermənipərəst mövqeyini, Ermənistanı dəfələrlə hücum silahları ilə silahlandırdığını, həmçinin Azərbaycan və Pakistanın sıx əlaqələri nəzərə alsaq, Yeni Delhinin atdığı addımın qərəzli, çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay ruhu"na zidd olduğunu görərik. Həmçinin bu mövqe Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında tamhüquqlu üzvlüyünə qarşı çıxması çoxtərəfli beynəlxalq qurumun əsas təsis sənədi olan Xartiyasına uyğun gəlmir:

"Təşkilatın məqsəd və vəzifələrini müəyyən edən Xartiyanın 1-ci maddəsində göstərilir ki, onun əsas məqsədləri dövlətlər arasında qarşılıqlı etimadın, dostluğun və mehriban qonşuluğun möhkəmləndirilməsi, sülhün, təhlükəsizliyin və sabitliyin qorunub-saxlanılması, yeni demokratik, ədalətli və rasional siyasi və iqtisadi beynəlxalq nizamın qurulmasına kömək etmək məqsədilə əməkdaşlığın inkişaf etdirilməsi, üzv dövlətlərin beynəlxalq öhdəliklərinə və onların milli qanunvericiliyinə uyğun olaraq insan hüquq və əsas azadlıqlarının təşviq edilməsindən ibarətdir. Bu fundamental məqsədlərin əleyhinə olaraq, Hindistan qeyri-konstruktiv, diplomatik müstəvidə qəbulolunmaz bir davranış nümayiş etdirir".

"Xatırladım ki, Hindistandan fərqli olaraq, Çin Xalq Respublikasının rəhbərliyi ölkəmizin təşkilata üzvlüyünü birmənalı olaraq dəstəkləyib və onun "Şanxay ruhu" prinsiplərinə uyğun olduğunu bildirib. Hər hansı bir problemi rəhbər tutaraq, Hindistan tərəfindən çoxtərəfli beynəlxalq əməkdaşlığa əngəllər yaradılması ümumiyyətlə diplomatiya sahəsində qəbul edilməyən və təşviq olunmayan davranışdır və BMT-nin Baş Assambleyası tərəfindən 24 oktyabr 1970-ci il tarixində 2625 (XXV) saylı qətnamə ilə qəbul edilmiş "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq Dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamənin" kobud formada pozulmasıdır", - deyə millət vəkili vurğulayıb.

Parlamentari əlavə edib ki, Hindistanın mövqeyi Azərbaycanın Pakistan ilə qardaşlıq münasibətləri ilə bağlıdır:

"Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan beynəlxalq müstəvidə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın tərəfdarı olması və bu istiqamətdə fəaliyyətini səmərəli şəkildə həyata keçirməsi ilə yanaşı, suveren dövlət olaraq heç bir halda imkan verməyəcək ki, kimlərsə ölkəmizə qarşı təzyiq etsinlər".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Sentyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri