Icma.az
close
up
RU
Hindistanın Pakistana qarşı təhdidlərinin arxasında hansı hesablar dayanır?

Hindistanın Pakistana qarşı təhdidlərinin arxasında hansı hesablar dayanır?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Aprelin 20-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində terrorçuların mülki vətəndaşlara silahlı hücumu nəticəsində İslamabadla Yeni Delhi arasında yaranan siyasi böhran irimiqyaslı hərbi qarşıdurmaya çevrilə bilər. Hindistan rəsmiləri baş verən hadisədə Pakistanı günahlandırırlar. Rəsmi İslamabad isə bu ittihamları qəti şəkildə rədd edərək terror aktının beynəlxalq ekspertlər tərəfindən araşdırılmasını təklif etməklə gərginliyin dərinləşməsində maraqlı olmadığını göstərir.

Artıq 10 gündür davam edən qarşıdurmanın daha da kəskinləşmə ssenarisi ilə inkişafı və iki nüvə dövlətinin müharibəsi həddinə çatması ehtimalını Hindistan hökumətinin atdığı bir sıra qızışdırıcı addımlar da təsdiqləyir. Rəsmi Yeni Delhi hətta terror əməlini Əfqanıstan ərazisindən bölgəyə keçən "Ləşkər-e-Taybə" qruplaşması öz üzərinə götürsə belə, İslamabada qarşı əsassız iddiasını davam etdirir. Bu da Hindistan rəsmilərinin münaqişənin dərinləşməsində maraqlı olduqlarını göstərir.

Hindistanın əl atdığı bəzi tədbirlər ümumiyyətlə məntiqsiz görünür. Məsələn, ölkə ərazisində olan bütün pakistanlılar qovulurlar, onların Hindistanı tərk etmələrinə məhdud vaxt verilir. Ancaq Pakistan vətəndaşları olan hindlilərə toxunulmur. Küçələrdə sıravi şəxslərin linç edilməsi üçün münbit şərait yaradılır. Hindistanda milli və dini zəmində ziddiyyətlərin "barıt çəlləyi" və gec partlayan mina effektinə malik olmasını nəzərə alsaq, hökumətin bu cür davranışı geniş kütlələrin iştirakçısı ola biləcək kütləvi xaosa yol aça bilər.

Pakistanla Hindistan arasında su mənbələrinin birgə istifadəsinə dair 60 ildən çox yaşı olan anlaşma mövcuddur. Yeni Delhi terror olayından istifadə edib, həmin anlaşmanın maddələrinə zidd olaraq, Pakistana su verilişini dayandırıb. Tərəflər arasında 1971-ci ildə yaşanan müharibədən sonra imzalanmış 1972-ci il tarixli sülh müqaviləsi də təhlükə altındadır. Bu, faktiki olaraq, ölkələrin yenidən müharibə astanasına qayıtmaları deməkdir. Maraqlıdır ki, Hindistanın Pakistanı su ilə təmin edən və iqtisadiyyatı üçün fövqəladə əhəmiyyət kəsb edən çayların önünü kəsməsi tək humanitar deyil, həm də regional siyasi problemə çevrilə bilər. Qlobal güc olan Çin Pakistanla müttəfiq dövlətdir, Hindistanla bir sıra regional və transsərhəd xarakterli fikir ayrılıqlarına malikdir. Hindistanın önünü kəsdiyi su hövzələri mənbələrini Çindən götürür. Məsələn, Hind, Brahmaputru, Qanq çaylarının başlanğıcları Çin ərazisində, Tibetdədir. Əgər Çin də müvafiq addımı atmaq qərarına gələrsə, bu, region üçün hansı insan fəlakətlərinə səbəb olar?

Aydın məsələdir ki, bu terror aktı təsadüfi xarakter daşımır. Pakistan hökumətinin hər vəchlə problemi sülh yolu ilə aradan qaldırmaq cəhdləri, konfrontasiyadan uzaq durmağa çalışması və hadisələrin hərbi yolla eskalasiyasını arzulamadığını büruzə verməsi göstərir ki, hazırkı durum rəsmi İslamabadın maraqlarına cavab vermir. Hindistan tərəfinin isə əksinə, həm əməli addımları, həm səslənən bəyanatlarla Pakistanın ünvanına sübut olunmamış iddialarını intensivləşdirməsi Yeni Delhidə baş verən və güman ki, daha miqyaslı olayların carçısı olan hadisəyə dair əvvəlcədən planlaşdırılmış və konkret hesabların mövcudluğuna işarə edir.

Hindistanın bu radikal və militarist mövqeyi tək son hadisələrin spontan təzahürü deyil. 2014-cü ildən ölkənin baş naziri olan Narendra Modi radikal, milliyyətçi platformanı təmsil edən Bharata Canati Partiyasının lideridir. Bu partiya hindlilərin digər yerli millətlərin nümayəndələrinə münasibətdə üstünlüyünü tərənnüm edir. Bu milliyyətçi yanaşma konfessional sferaya da təsirsiz ötüşmür. Son illər ərzində ölkə ərazisində yaşayan və islam dininə etiqad edən əhalinin sıxışdırılması, onlara qarşı aşkar zorakılıq aksiyalarına rəvac verilməsi halları Modi hökuməti tərəfindən cəzalandırılmamış qalıb. Modi hakimiyyəti Hindistanın imperialist məzmunlu iddialarının müəllifidir. Məsələn, dövlətin rəsmi adının "Hindistan"dan tarixi "Bharata"ya keçidi təşəbbüsü ilə çıxış edən də məhz Modidir. BRICS-in Hindistanda keçirilən IV sammitində Modinin ölkəsini məhz tarixi adla təmsil etməsi hind dövlətinin yeni - imperiya iştahalı statusunun beynəlxalq platformada qəbul etdirilməsinə cəhd kimi qiymətləndirilir. Müasir Hindistanın Bharata dövrü hind tarixinin imperiya mərhələsini təcəssüm etdirir. "Bharata" hazırkı Hindistan dövlətinin qədim hindi dilində ifadəsidir və əsasını "Ramayana" eposundan götürür. Bharata hinduizmdə ari çarı olaraq nəzərdən keçirilir.

Bu kimi milliyyətçi və etnik-dini üstünlük məzmunlu ayırıcı siyasi fəlsəfənin daşıyıcısı olan Modi hökumətinin Pakistanla münasibətlərdə konfrontasiya xəttini tutması təsadüfi deyil və son illərdəki proseslərin məntiqi nəticəsidir. Bu aqressiv qonşuluq bütün dünya üçün faciəvi proseslərə yol açacaq nüvə qarşıdurması ilə yekunlaşa bilər. Eyni zamanda, şübhə yoxdur ki, bu gərginlik tək iki dövlətin münasibətləri öz aralarında çözməsi ilə məhdudlaşmayacaq və iri siyasi aktorların - geosiyasi güc mərkəzlərinin də qarşıdurmaya müdaxilə etmələrinə səbəb olacaq.

Hindistanın qeyri-adekvat davranışları həm də bir sıra qlobal xarakterli proseslərlə əlaqəli olduğuna dair ipucları verir. Məsələn, ABŞ-nin Çinə qarşı rüsum müharibəsi fonunda Hindistanın Pekinin əsas müttəfiqi olan İslamabadla münasibətləri gərginləşdirmə cəhdləri birmənalı yozula bilməz. Bu baxımdan, Hindistan hökumətinin müharibəyə təhrikedici davranışı regionun hüdudlarından kənara çıxacaq qlobal qarşıdurmaya yol aça bilər.

Rüstəm Qaraxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see341

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see330

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see174

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see173

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see153

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri