Icma.az
close
up
RU
Hindistanın Fransasayağı siyasi oyunu

Hindistanın Fransasayağı siyasi oyunu

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistan XİN rəhbərliyi Rusiyadan neft idxalına görə ABŞ və Aİ-nin ittihamlarına cavab verib. Hindistanın Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayaraq Rusiya ilə neft ticarətinin ölkənin enerji bazarında sabitliyi, balansı və əlçatan qiymətləri qorumaq üçün aparıldığını vurğulayıb. Hindistan XİN rəhbərliyinin rəsmi açıqlamasında qeyd olunur ki, Dehlini ittiham edən Qərb ölkələrinin özləri də Rusiya ilə ticarəti davam etdirirlər - “Bizim fərqimiz ondadır ki, bu ticarət Hindistan üçün həyati əhəmiyyət daşıyır, onlarınkı isə belə deyil”, - deyə bəyanatda qeyd olunub. XİN əlavə edib ki, Hindistan öz vətəndaşlarının rifahını və enerji təhlükəsizliyini prioritet sayır və bu çərçivədə qərar verir. Rəsmi açıqlamada, həmçinin bildirilib ki, Hindistan Rusiyadan idxal etdiyi nefti yalnız ölkənin daxili bazarına deyil, eyni zamanda Avropa bazarına da çıxarır. “Hindistan bu addımı, müharibə başlayandan sonra ənənəvi tədarük marşrutlarının Avropaya yönəldilməsi səbəbilə atmışdı. ABŞ isə o zaman Hindistanın bu addımlarını dünya enerji bazarının sabitliyi üçün təqdirəlayiq hesab etmişdi”, - deyə Hindistan XİN-in bəyanatında vurğulanır. Qeyd edək ki, Qərb ölkələri Hindistanı Rusiyadan xam neft alaraq dolayısı ilə Moskvanın Ukraynada hərbi əməliyyatlarını maliyyələşdirməkdə ittiham edirlər. Bununla belə, Hindistan hökuməti bu ittihamları əsassız sayır və iqtisadi maraqlarını ön plana çəkir. Qərbin ittihamlarına Rusiyadan da cavab gecikməyib. Kremlin mətbuat katibi Dmitri Peskov “Russia Today”-yə açıqlamasında Hindistanın Rusiya ilə neft ticarətinin Dehlinin suveren hüququ olduğunu və Qərbin digər ölkənin daxil işlərinə müdaxiləsinin qəbuledilməz olduğunu bildirib: “Biz hesab edirik ki, suveren ölkələrin öz ticarət tərəfdaşlarını, ticarət-iqtisadi əməkdaşlıq üzrə tərəfdaşlarını seçmək və konkret ölkənin maraqlarına uyğun olan ticarət-iqtisadi əməkdaşlıq rejimlərini seçmək hüququ olmalıdır və hüququ da var”, - deyə D.Peskov qeyd edib.

Hindistan hansı marşrutdan

istifadə edir?

Hindistanın Rusiyadan idxal etdiyi nefti hansı marşrut vasitəsilə Avropa bazarına çıxarması ciddi suallar doğurur. Təb?i ki, Hindistandan neftin quru ərazisi - Pakistan-İran-Türkiyə  üzərindən Avropaya çatdırılması qeyri-mümkün görünür. Çünki bunun üçün həm uzun məsafə qət etmək lazımdır, həm də region dövlətləri arasında bununla bağlı müvafiq razılaşmalar əldə olunmalıdır - mövcud vəziyyət isə buna imkan vermir. Hindistan ilə Pakistan arasında hərbi-siyasi vəziyyətin gərgin olaraq qalmaqda davam etməsi, İranda qeyri-sabit vəziyyətin hökm sürməsi və İrana yenidən hücumların təşkil edilməsi fonunda Hindistandan Avropaya quru ərazisi üzərindən xam neftin daşınması qeyri-realdır. Xam neft yalnız neft tankerləri vasitəsilə okean və dəniz suları üzərindən Avropaya çatdırıla bilər. Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Emin Qəribli “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Hindistandan Avropaya istiqamətlənən əsas nəqliyyat marşrut xətti Hind ?keanı-Ərəbistan dənizi-Qırmızı dəniz üzərindən keçir. “Ukraynaya hərbi müdaxilədən sonra ABŞ və Avropa İttifaqı Rusiyanın neft sektoruna çox ağır sanksiyalar tətbiq edib. Nəticə etibarı ilə Rusiya Avropa bazarına neft ixrac edə bilmir. Moskva da neftini satmaq üçün alternativ bazarlara üz tutdu. Bu da, təbii ki, Asiyanın iki nəhəng ölkəsi - Çin və Hindistan bazarıdır. Hər iki ölkə dünyada ən böyük əhaliyə malik olduğu üçün onların bazarı Rusiya üçün müvafiq bazar hesab olunur. Artıq üç-dörd ildir ki, həm Çin, həm də Hindistan Rusiyadan xam neft idxal edir. Hindistan Rusiyadan idxal etdiyi xam nefti təkcə daxili bazarda deyil, həmçinin dünya neft birjalarında da satır. Avropa ölkələri də bu nefti alır. Hindistanın hansı marşrut vasitəsilə rus neftini Avropa bazarına çıxarması ilə bağlı məsələyə gəlincə, qeyd edim ki, Hindistanın neft tankerləri Hind ?kean və Ərəbistan dənizi üzərindən üzərək Babül-Məndəb boğazından Qırmızı dənizə daxil olur və Süveyş kanalından keçirərək Aralıq dənizinə daxil olmaqla Avropaya istiqamətlənir. Çox nadir hallarda isə Hind-Atlantik ?kean xəttindən istifadə olunur,” - deyə Emin Qəribli vurğulayıb.  Enerji məsələləri üzrə başqa bir ekspert Xalid Kərimli də həmkarının fikirlərini təsdiqləyib: “Bəli, Hindistan xam nefti tankerlər vasitəsilə Hind ?kean-Ərəbistan dənizi-Qırmızı dəniz-Aralıq dənizi xətti üzərindən Avropa bazarına çatdırır. Yalnız bu marşrut xətti xam neftin və neft məhsullarının daşınması üçün münasib yol kimi qiymətləndirilir”.

“Vasitəçi aktor”...

Politoloq Tural İsmayılov qəzetimizə şərhində bildirib ki, Hindistanın mövcud enerji siyasətini və diplomatik davranışını “çoxşaxəli geosiyasi balans oyunu” adlandırmaq olar. Onun sözlərinə görə, Rusiya neftini alaraq ucuz qiymətə emal edib Avropa bazarına çıxarmaq, əslində həm iqtisadi qazanc, həm də siyasi manevr vasitəsidir. “Hindistan bu yolla Qərblə açıq qarşıdurmaya getmədən Rusiya ilə əlaqələrini qoruyub saxlayır. Bu strategiya Fransasayağı “strategic autonomy” - yəni strateji avtonomluq siyasətinə bənzəyir. Yəni Hindistan heç bir qlobal güc mərkəzinə tam bağlanmadan hər tərəflə işləyərək öz milli maraqlarını maksimum səviyyədə qorumağa çalışır. Rusiya ilə enerji ticarəti Hindistanın daxili bazar sabitliyi üçün vacibdir, Avropaya satış isə beynəlxalq imicini qorumaq üçündür. Əslində, Hindistan burada bir növ “vasitəçi aktor” kimi çıxış edir - həm qazanan tərəf olmaq, həm də ittihamlardan yayına bilmək üçün. Bu, “praqmatik neytrallıq” adlandırıla biləcək diplomatik modeldir,” - deyə T.İsmayılov əlavə edib ki, Hindistanın bu iqtisadi siyasəti, həmçinin öz geosiyasi maraqlarına hesablanıb: “Beləliklə, Hindistan təkcə enerji bazarının oyunçusu deyil, həm də geosiyasi şaxələnmə modelini formalaşdıran yeni güc mərkəzidir. Burada məqsəd isə supergüclərin mübarizəsində vasitəçi yox, istiqamət verən ölkə olmaqdır”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Avqust 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri