Icma.az
close
up
RU
Hindistanın “Tejas” proqramına 2 ağır zərbə

Hindistanın “Tejas” proqramına 2 ağır zərbə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Nyu–Dehli həm strateji layihənin imicini, həm də İrəvanla kövrək anlaşmanı itirdi

Ermənistan Hindistan istehsalı olan qırıcı təyyarənin noyabrın 21-də Dubay Beynəlxalq Hava Şousunda (Dubay aviaşousu) qəzaya uğramasından sonra 1,2 milyard dollar dəyərində 12 ədəd “Tejas”ın alınması ilə bağlı Nyu–Dehli ilə danışıqları dayandırıb. Bu barədə “The Jerusalem Post” qəzeti xəbər yayıb. Məlumata görə, Ermənistandakı mənbələr bildiriblər ki, qəza görüntüləri bütün proqramın dərhal texniki baxışdan keçirilməsinə səbəb olub.

Qeyd edək ki, “Tejas” dördüncü nəsil yüngül çoxməqsədli qırıcı təyyarəsidir. Tək mühərrikli təyyarə “quyruqsuz” sxemi üzrə hazırlanır və üçqanadlı konfiqurasiyaya malikdir. Hindistanın çoxfunksiyalı qırıcı təyyarə yaratmaq proqramı 1983-cü ildə başlanıb. Layihənin məqsədi həmin dövrdə artıq köhnəlmiş sovet istehsalı “MiQ-21”ləri əvəz edəcək yeni təyyarə yaratmaq idi. Pakistan və Çin Hərbi Hava Qüvvələrində aparılan modernləşməni müşahidə edən Hindistan həmin dövrdə öz hava qüvvələrini yeniləmək qərarına gəlmişdi.

1984-cü ilin iyununda Banqalorda Aviasiya Texnikasının Hazırlanması Agentliyi yaradılıb və Hindistanın yüngül qırıcı təyyarə layihəsi üzərində işə başlayıb. Layihənin əsas icraçısı “Hindustan Aeronautics” şirkəti seçilib. Bu şirkət, eyni zamanda, təyyarə üçün yerli turboventilyator mühərriki hazırlamaq işini də öz üzərinə götürüb. 1985-ci ildə yüngül döyüş təyyarəsinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma təqdim olunub. Layihə ilk növbədə, havada üstünlük qazanmaq, ikinci növbədə isə quru qoşunlarına dəstək vermək üçün nəzərdə tutulmuşdu. Təyyarə üçün turboventilyator mühərriki Fransanın “SNECMA” şirkətinin iştirakı ilə hazırlanıb. Layihədə məsləhətçi kimi yenə fransız “Dassault” aviasiya şirkəti cəlb olunub.

Əsas layihə 1990-cı ilin əvvəlində tamamlanıb. Layihəyə görə, yeni təyyarə “MiQ-21”dən iki dəfə çox sursat daşıya bilərdi. 1996-cı ilin noyabrında döyüş təyyarəsinin ilk prototipi istehsaldan çıxıb. Lakin prototip yalnız 2001-ci ildə, yəni 5 il sonra ilk uçuşunu edib. Bu qədər zaman müxtəlif çatışmazlıqların aradan qaldırılmasına həsr olunub. Təyyarənin son tamamlama işləri və istehsalata buraxılması üçün Hindistan israilli mütəxəssislərə müraciət edib. 2003-cü ilin mayında ölkənin baş naziri Atal Bihari Vadjpai rəsmi olaraq təyyarəni “Tejas” adlandırıb ki, bu da qədim hind dili – sanskritcə “parlaq, bərq vuran” deməkdir.

2006-cı ilin sonunda üç prototip üzərində uçuş sınaqları başa çatıb. Həmin dövrdə mühərrikin təkmilləşdirilməsi də xarici mütəxəssislərin iştirakı ilə aparılıb. Nəhayət, bir neçə onillik davam edən işlərdən sonra “Hindustan Aeronautics Limited” (HAL) şirkəti və digər yerli müəssisələr təyyarəni seriya istehsalına çıxarmağı bacarıblar. “Tejas” qırıcıları layihə üzərində iş başlayandan yalnız 29 il sonra – 2012-ci ilin martında orduda silahlanmaya qəbul olunub. Həmin il Hindistan Hərbi Hava Qüvvələri üçün ilk 40 ədəd “Tejas” təyyarəsinin alınmasına dair müqavilə imzalanıb. Hazırda təyyarələrin Qərb sistemləri ilə təchiz olunmuş təkmilləşdirilmiş A1 versiyasının istehsalı davam edir. Ermənistanla razılaşma təyyarənin ilk ixrac müqaviləsi olacaqdı.

Onu da bildirək ki, Dubay aviaşosunda baş vermiş qəza “Tejas”ın üzləşdiyi ilk aviasiya hadisəsi deyil. 2024-cü il martın 12-də Hindistan Hərbi Hava Qüvvələrinin 18-ci eskadrilyasına məxsus “Tejas Mk1” təyyarəsi “Bharat Shakti” təlimlərində iştirak etdikdən sonra Racastxan ştatının Caysalmer şəhəri yaxınlığında qəzaya uğramışdı. Pilot vaxtında katapult etidiyi üçün xəsarət alan olmamışdı. Bu hadisə “Tejas”ın silahlanmaya qəbul olunduğu vaxtdan bəri baş verən ilk təyyarə itkisi idi. Sonrakı araşdırma müəyyən etmişdi ki, qəzaya mühərrikin yağ nasosunun sıradan çıxması və nəticədə mühərrikin kilidlənməsi səbəb olub.

***

Bu günlərdə isə “Tejas Mk 1” təyyarəsi Dubay aviaşousunun nümayiş uçuşunun lap əvvəlində qəzaya düşüb. 2016-cı ildən xidmətdə olan bu təyyarə Əl-Maktum Beynəlxalq Hava Limanında keçirilən şou proqramı zamanı yerə çırpılıb. Nəticədə pilot həlak olub. Məhz bu hadisə Ermənistan hakimiyyətini alqı-satqı müqaviləsinə yenidən baxmağa vadar edib. İrəvanın “Tejas” qırıcılarının alınması ilə bağlı danışıqları dayandırması ilk baxışda, sadəcə, texniki səbəblərin doğurduğu addım kimi görünür. Amma məsələni yalnız Dubay aviaşousunda baş verən qəza ilə izah etmək də sadəlövhlük olardı. Bu qərarın həm regional siyasətə, həm Hindistanın müdafiə sənayesinə, həm də Ermənistanın təhlükəsizlik strategiyasına ciddi təsirləri var. İrəvanın belə bir həssas məqamda geri çəkilməsi göstərir ki, məsələ təkcə təhlükəsizlik deyil, həm də alt qatda siyasi çəkindiricilik formalaşıb.

Dubay aviaşousunda yaşanan qəza Hindistanın öz hərbi sənayesinə güvən üçün uğursuz siqnala çevrildi. “The Jerusalem Post”un yazdığına görə, qəza görüntüləri Ermənistanda dərhal müzakirə mövzusuna çevrilib. Hansı ölkə olursa-olsun, böyük məbləğdə alınacaq hərbi texnika ilə bağlı belə hadisələr şübhə doğurur. İrəvan tərəfi də eyni instinktiv davranışı göstərdi.

Amma burada bir nüans var: Ermənistan son illər bütün ümidini Hindistana bağlayıb. Hətta bu müqavilə İrəvan üçün ilk böyük aviasiya idxalı olacaqdı. Belə olan halda, qəza təkbaşına müqaviləni dondurmaq üçün yetərli səbəb deyil. Bu addım həm də Ermənistanın özünü gələcək risklərdən sığortalamaq cəhdidir. Çünki belə təyyarələrə 1,2 milyard dollar ödəmək, üstəlik, onu əsas müdafiə xəttinə yerləşdirmək həm siyasi, həm də hərbi baxımdan çox böyük məsuliyyətdir.

“Tejas” təyyarəsinin uğursuz hekayəsi özü də Ermənistanın narahatlığını artıran məqamlardan biridir. Qeyd etdiyimiz kimi, layihə 1983-cü ildə başlasa da, Hindistan bu günə qədər təyyarəni tam olaraq istədiyi səviyyəyə çatdıra bilməyib. “MiQ-21”ləri əvəz etmək üçün nəzərdə tutulsa da, istehsal tempi aşağı, texniki xidmət prosesi isə çətindir. İlk partiyada cəmi 40 təyyarə verilib. Yeni A1 versiyası isə hələ tam sınaq mərhələsindədir.

Ermənistan kimi kiçik ölkələrə belə risklər çox böyük təsir edə bilər. Çünki Ermənistanın hərbi hava qüvvələri faktiki olaraq boşdur. Rusiyadan aldığı “MiQ-29”lar öz resursunu tamamlayıb, alternativlər isə məhduddur. Bu halda istənilən yanlış seçim ölkənin təhlükəsizliyinə birbaşa zərbə deməkdir. Ermənistan məhz buna görə “Tejas” layihəsinin ətrafında yaranan hər səs-küyə daha həssas reaksiya verir.

***

Bu müqavilənin dayandırılması Hindistan üçün də ağır zərbədir. Çünki “Tejas”ın ilk ixracı məhz Ermənistan vasitəsilə mümkündür. Bu ixrac Hindistanın müdafiə sənayesi üçün bir vitrin effekti daşıyırdı və “biz də qırıcı təyyarə ixrac edə bilirik” mesajı veriləcəkdi. İndi isə qəza həm layihəyə, həm də Hindistanın ixrac ambisiyalarına kölgə saldı. Digər tərəfdən, Ermənistan Hindistanı təkcə silah istehsalçısı kimi yox, həm də Rusiyadan uzaqlaşmaq üçün geosiyasi alternativ kimi görürdü. İkinci Qarabağ müharibəsindən sonra İrəvanın Moskva ilə münasibətləri ciddi şəkildə soyuyub. Bu fonda Hindistanla yaxınlaşma Ermənistan üçün həm siyasi, həm də psixoloji dayaq idi. Buna görə də “Tejas” müqaviləsinin dayanması təkcə aviaşou qəzası deyil, həm də Ermənistanda artan ümidsizliyin göstəricisidir.

Bu addımdan sonra əsas sual budur: Ermənistan hansı qırıcıları ala bilər? Reallıq belədir ki, Ermənistanın alternativlər siyahısı kifayət qədər məhduddur. Qərb ölkələri, xüsusilə də Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri verə bilər, amma qırıcı təyyarə satmaq məsələsində siyasi risklərdən ehtiyat edirlər. Rusiya isə artıq İrəvana etibar etmir. Moskvanın özü müharibə şəraitindədir və təyyarə ixrac etməyə resursu yoxdur. Üstəlik, Ermənistanın son aylarda atdığı anti-Rusiya addımlar Kreml üçün qırmızı xətti keçib.

Beləliklə, Hindistan variantının da, necə deyərlər, donması Ermənistanı tam ortada qoyur: nə Moskva ilə işləmək istəyirlər, nə də Qərb hələ qırıcı satmağa hazırdır. Bu vəziyyət Ermənistanın təhlükəsizlik siyasətini daha da çıxılmaz hala salır.

Ermənistanın bu qərarının arxasında regional proseslər də dayanır. Son bir ildə Ermənistan həm siyasi, həm diplomatik, həm də hərbi müttəfiqlərini, demək olar ki, dəyişməyə çalışır. KTMT-dən faktiki çıxma, Rusiyanı kəskin tənqid etmə, Avropa İttifaqı ilə yaxınlaşma – bütün bu addımlar ölkənin ənənəvi təhlükəsizlik sistemini dağıdıb. Buna görə də “Tejas” kimi yeni layihələr İrəvan üçün təkcə hərbi layihə deyil, həm də siyasi investisiya idi. İndi isə həmin investisiya sarsılıb.

Ermənistanın təhlükəsizlik doktrinası artıq, sadəcə dalğalanmır, faktiki olaraq, boşluq yaşayır. Hər ay başqa bir tərəfdaşla anlaşmazlıq yaranır, digər istiqamətdə irəliləyiş dayanır. “Tejas” məsələsi bu boşluğun ən aydın göstəricilərindən biridir: Ermənistanın strategiyası nəinki dəyişib, artıq tamamilə qeyri-müəyyənliklə üz-üzə qalıb.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see233

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see232

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see222

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see218

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see202

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see199

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see198

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see197

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see195

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see193

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see190

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see186

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see181

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see179

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see173

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see172

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see169

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see161

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see152

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri