Icma.az
close
up
RU
Hindistanın qəfil hücumuna ağır cavab...

Hindistanın qəfil hücumuna ağır cavab...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pakistan BMT Nizamnaməsinə uyğun addımlar atır

Şokda olan Dehli vasitəçi axtarır

Xəbər verildiyi kimi, Hindistan Pakistana raket zərbələri ilə hücum edib. Aprelin 22-də Cammu və Kəşmir bölgəsində yerləşən Pahalqam şəhərində baş vermiş hadisənin ardından gərginləşən münasibətlər hərbi toqquşmaya yol açıb. Belə ki, Hindistan Kəşmir bölgəsinə raket zərbələri endirib. Türkiyə mətbuatı xəbər verir ki, “Sindur” adlanan əməliyyata başladığını elan edən Hindistan Kəşmir bölgəsində yerləşən Kotli, Bahavalpur və Muzəffərabad şəhərlərinə raket zərbələri endirib. Zərbələr zamanı “yer-yer” tipli ballistik raketlərdən istifadə olunub. Ümumilikdə, hücum zamanı doqquz obyektin vurulduğu bildirilib.

Pakistanın cavabı...

Qısa zamanda Hindistanın hücum zərbələri cavablandırılıb. Pakistan zərbələrdən az sonra genişmiqyaslı hücumlara başlayıb. “Milliyyet”in yazdığına görə, Pakistanın müdafiə naziri Xavadja Asif  “Hindistan qorxaqlar kimi hücum etdi - cavabımız daha sərt olacaq”, - deyə bildirib. Nazir Hindistanı açıq döyüşə səsləyib və bildirib ki, “Cəsarətiniz çatırsa, döyüş meydanına çıxın və bu məsələni kişi kimi həll edək”. Dehlinin iddialarının yalan olduğunu bildirən müdafiə naziri Asif Hindistanın dinc sakinləri hədəf aldığını bildirib. “Hindistan qəsdən mülki əhalini hədəf alıb”.

Bildirilib ki, Pakistanın zərbələri həm sayca, həm də dəqiqliyinə və gücünə görə də Hindistanın ilkin hücumunu üstələyib.

Fransa təyyarələri vuruldu....

Pakistanın Baş naziri Şahbaz Şərif isə Hindistanın hava zərbələrinə cavab olaraq ölkəsinin “bütün gücü ilə cavab vermək hüququna malik olduğunu” bəyan edib. Şərif Hindistanın Pakistanın bölgələrinə həyata keçirdiyi raket hücumları ilə bağlı “X” hesabında yaydığı açıqlamasında Pakistan ordusunun “düşmənlə necə davranacağını yaxşı bildiyini” ifadə edib. Baş nazir qeyd edib ki, “Hindistanın öz məqsədlərinə çatmağa imkan verilməyəcək”. Bu açıqlamadan dərhal sonra Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

Hərbi mənbələrin məlumatına görə, Hindistan Hərbi Hava Qüvvələri Pakistan ərazisinə qarşı Fransadan alınmış “Rafale” qırıcıları, “SCALP” qanadlı raketləri  və “Hammer” bombalarından istifadə edib. Pakistan ordusu isə 5 Hindistan hərbi təyyarəsinin vurulduğunu bəyan edib. Bu təyyarələrin 3-ü Fransa istehsalıdır.

Ağ bayraq qaldırıldı...

Hindistanın hücumlarına cavab verən Pakistanın qarşısında Çora kompleksində ağ bayraq qaldırılıb. Belə ki, Pakistan ordusu nəzarət xəttində düşmənin mövqelərinə ciddi zərbə endirib. Nəticədə Hindistan ordusu Çora kompleksi postunda ağ bayraq qaldıraraq geri çəkilməyə məcbur olub. Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, “ağ bayraqla Hindistan ordusu məğlubiyyətini etiraf edib. Pakistan Ordusu nəzarət xəttində yerləşən Çora sektorunda düşmənin mövqelərini hədəfə alıb.

Xarici mətbuat yazır ki, Dehli sərt cavabdan sonra vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırış edib. Hindistan ərəb ölkələrinə, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaldılmasına köməklik istəyib. BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed bəyanatla çıxış edərək Hindistan və Pakistanı təmkinli olmağa, gərginliyi azaltmağa, regional və beynəlxalq sülhü təhdid edən addımlardan qaçmağa çağırıb.

Pakistan xalqı ilə həmrəyik...

Vurğulayaq ki, Azərbaycanla dost, qardaş ölkə olan Pakistanın hücuma məruz qalması ölkəmizdə də narahatlıq yaradıb. Azərbaycanın Xarici İşlər Nazirliyi Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını ifadə edib. Yayılan bəyanatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib. “Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”, - XİN-in bəyanatında qeyd olunub.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X” sosial media hesabında Azərbaycana təşəkkür edib. “Hindistanın günahsız mülki şəxslərə qarşı hücumu ilə bağlı Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk”. Səfir, həmçinin qeyd edib: “Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar!”

Tramp narahatdır - BMT TŞ məlumatlandırılıb...

ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasındakı münaqişədən narahatlıq keçirdiyini bildirib. “Milliyyət”in yazdığına görə, Tramp bu qarşıdurmanın çox tez bitəcəyinə ümid etdiyini deyib.

BMT-nin baş katibi Antonio Quterreş də Hindistanın Pakistana təcavüzündən dərin narahatlığını ifadə edib və son dərəcə təmkinli olmağa çağırıb. BMT-nin sözçüsü Stefan Dujarrik “Anadolu Ajansın” müxbirinə məsələ ilə bağlı yazılı açıqlama verib. Düjarrik Hindistanın hərbi əməliyyatlarından dərin narahatlığını ifadə edib. “Dünya Hindistan və Pakistan arasında hərbi münaqişədən narahatdır”, - deyən Düjarrik hər iki ölkəni maksimum təmkinli olmağa çağırıb.

Pakistanın BMT-dəki Daimi Nümayəndəliyi isə qurumun baş katibini, Baş Assambleyanın sədrini və Təhlükəsizlik Şurasının sədrini Hindistanın Pakistana qarşı açıq təcavüzü, onun suverenliyini və beynəlxalq hüququ pozan, beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratdığı barədə məlumat verib”. Bəyanatda BMT Təhlükəsizlik Şurasına məlumat verilib ki, Pakistan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnu qorumaq üçün “istənilən vaxt və yerdə” təcavüzə lazımi şəkildə cavab vermək hüququnu özündə saxlayır.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 May 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri