Icma.az
close
up
RU
Hiperaktiv anlayışına psixoloji baxış

Hiperaktiv anlayışına psixoloji baxış

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hiperaktivlik şəxsin normaldan daha yüksək dərəcədə aktiv olduğu və bu aktivliyin sosial və gündəlik həyatına təsir etdiyi bir vəziyyətdir. Bu, çox zaman diqqət əksikliyi və impulsivliklə birlikdə olan bir davranış problemini ifadə edir. Hiperaktivlik daha çox uşaqlar arasında müşahidə olunur, lakin böyüklərdə də bu vəziyyət ola bilər. Ən çox diaqnoz edilən narahatlıq pozğunluqlarından biri olan Hiperaktivlik və Diqqət Əksikliyi Pozğunluğu (HDAE) ilə əlaqələndirilir. Bu vəziyyətin səbəbləri tam olaraq bilinməsə də, genetik, ətraf mühit və beyin kimyası ilə bağlı bir sıra amillərin rol oynadığı düşünülür. Hiperaktivlik insanların gündəlik həyatlarını əngəlləyəcək şəkildə yüksək dərəcədə aktiv və impulsiv olmaları ilə xarakterizə olunur. Bu vəziyyətin əsas əlamətləri arasında daimi hərəkətlilik, diqqətin asanlıqla yayılması, ətrafdakı insanları narahat etmə və ya impulsiv qərarlar vermək yer alır. Uşaqlarda hiperaktivlik normaldan çox hərəkətlilik və otura bilməmək kimi davranışlarla özünü göstərir. Bu uşaqların çoxu oturduqları yerdə hər zaman hərəkət edər, davamlı olaraq danışar və digər insanlarla ünsiyyət qurarkən ya da oyun oynayarkən ətraflarını çox narahat edərlər.

“Böyüklərdə isə hiperaktivlik daha çox daxili gərginlik və həmişə bir şeylər etmək ehtiyacı ilə təzahür edir. Bu insanlar bəzən qeyri-ixtiyari şəkildə hərəkət edər, çox danışarlar və ya hərəkət etmək üçün daim bir səbəb axtararlar. Bu simptomlar, həmçinin stres və ya narahatlıq hissi ilə artmış ola bilər. Hiperaktivliyin digər bir əlaməti isə impulsiv davranışdır. İmpulsivlik ani qərarlar vermək və nəticələri düşünmədən hərəkət etmək deməkdir. Bəs hiperakrivliyin səbəbi nədir? Hiperaktivlik və onunla əlaqəli pozğunluqların səbəbləri tam olaraq bilinmir, lakin bir çox fərqli faktorun təsiri altında inkişaf etdiyi düşünülür. Genetik faktorlar, beyindəki kimyəvi balanslar və ətraf mühit amilləri bu vəziyyətin inkişafına təsir göstərə bilər. Bir çox araşdırma hiperaktivlik problemi olan şəxslərin beynində dopamin və norepinefrin kimi kimyəvi maddələrin səviyyəsinin normaldan aşağı olduğunu göstərir. Bu maddələr diqqət, motivasiya və impulsların idarə edilməsində əsas rol oynayır. Genetik faktorlar da hiperaktivlikdə əhəmiyyətli rol oynayır. Araşdırmalar əgər valideynlərdən birində hiperaktivlik varsa, uşaqların da bu vəziyyəti yaşama ehtimalının daha yüksək olduğunu göstərir. Əlavə olaraq, körpəlik dövründə yaşanan zədələr, infeksiyalar və ya qeyri-sağlam həyat tərzi də bu vəziyyətin inkişafını təşviq edə bilər. Hiperaktivliyin ətraf mühit faktorları ilə də əlaqəsi olduğu düşünülür. Misal üçün, erkən yaşda yaşanan psixoloji stres və ya qeyri-sağlam ailə mühiti bu vəziyyətin ortaya çıxmasına səbəb ola bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloq onu da qeyd edib ki, hiperaktivlik mübarizə etmək üçün bir neçə müalicə üsulu mövcuddur: “Birinci addım olaraq, diaqnoz qoyulmalı və vəziyyətin növü dəqiqləşdirilməlidir. Müalicə üsulları arasında dərmanlar və terapiya yer alır. Dərmanlar, xüsusən də stimulyatorlar beyin kimyasını tənzimləyərək diqqəti artırmağa və impulsları azaltmağa kömək edir. Eyni zamanda, davranış terapiyası da hiperaktivliklə mübarizə edən şəxslər üçün faydalı ola bilər. Bu terapiya uşaqlara və böyüklərə davranışlarını daha yaxşı idarə etməyi öyrədir. Müalicə planı, şəxsin yaşına, vəziyyətin ciddiliyinə və digər faktorlarına əsasən fərdiləşdirilməlidir. Eyni zamanda, həyat tərzi dəyişiklikləri və valideynlərə verilən təlimatlar da çox vacibdir. Ailənin dəstəyini və başqalarının anlayışını təmin etmək, hiperaktivliklə mübarizə edən şəxslərin gündəlik həyatlarını daha asanlaşdırır. Hiperaktivliklə bağlı təhsil və məlumatlandırma da bu şəxslərin cəmiyyətə daha yaxşı inteqrasiya olmasına kömək edir”, – deyə psixoloq Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri