Icma.az
close
up
RU
Hipertoniyanın təhlükəsi

Hipertoniyanın təhlükəsi

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Statistika göstərir ki, hipertoniya xəstəliyinə Yer kürəsində yaşayan hər üçüncü insanda rast gəlinir.

İnsanlar arasında hipertoniya haqqında bir çox həqiqətə uyğun olmayan “biliklər” yayılmaqdadır. Bu “biliklər”in yayılması çox təhlükəlidir və insanlara böyük ziyan vura bilər.

- “Hipertoniya yalnız yaşlı insanlarda inkişaf edə bilər”. Bu səhv fikirdir. İldən ilə bu xəstəlik “cavanlaşır” və hal hazırda 30 yaşında olan hipertoniya xəstələrinə rast gəlmək olur. Bu səbəbdən həkimlər insanlara 30 yaşından başlayaraq arterial təzyiqini müntəzəm ölçmək tövsiyə edirlər. Əgər bu halda arterial təzyiq daim 130/85-dən yuxarı qalxırsa, mütləq kardioloqun müayinəsindən keçin.

- “Yüksək təzyiq hər zaman özünü baş ağrısı ilə büruzə verir”. Bu da çox təhlükəli səhv fikirdir. Təzyiqin yüksəlməsi özünü uzun illər ərzində büruzə verməyə bilər. Lakin bu zaman orqanizmdə ağır geriyədönməz dəyişikliklər baş verir ki, bunun nəticəsində insanda infarkt, insult kimi ağır pozulmalar inkişaf edə bilər. Bu səbəbdən insan öz sağlamlığına qarşı diqqətli olmalı və yorğunluq, başgicəllənməsi, yaddaşın və görmənin zəiflənməsi, təngnəfəslik, ayaqların və qolların keyiməsi kimi simptomlar əmələ gəldikdə, mütləq kardioloqa müraciət etməlidir.

- “Hipertoniyanı xalq təbabəti üsulları ilə müalicə etmək mümkündür”. Bu da səhv fikirdir. Hipertoniyanı yalnız müasir dərman preparatların köməyi ilə müalicə etmək mümkündür.

- Hipertoniya xəstələrin əksəriyyəti yalnız dərmanların qəbulu ilə kifayətlənir. Lakin bu kifayət deyil. Yalnız dərmanların köməyi ilə təzyiqi normada saxlamaq mümkün deyil. Sağlam qidalanma, ziyanlı vərdişlərin olmaması, fiziki aktivlik hipertoniyanın müalicəsində çox önəmli rol oynayır.

- Bir çox hipertoniya xəstələri onlara təyin olunmuş dərmanları daim yox, yalnız  təzyiq qalxdıqda qəbul edirlər. Bu çox təhlükəlidir. Xəstəyə təyin olunmuş təzyiqi normallaşdıran preparatları hipertoniya xəstəsi daim qəbul etməlidir (yalnız təzyiq qalxdıqda yox!).

- Hipertoniyanın müalicəsində istifadə olunan preparatları xəstəyə yalnız həkim təyin edə bilər. Lakin bir çox hallarda xəstələr həkimlə deyil, biri biri ilə məsləhətləşir – “sən hansı dərman içirsən? Sənə kömək edirsə, deməli mənə də kömək edəcək”. Bu çox təhlükəlidir. Hər hansı dərman bir hipertoniya xəstəsinə kömək edə bilər, digərinə isə yox. Nəticədə xəstəlik nəzarətdən çıxa bilər və xəstədə hipertonik kriz, infark, insult inkişaf edə bilər.

- Hipertoniya xəstələrin əksəriyyəti fikirləşir ki, idman onlar üçün ziyandır. Bu da növbəti səhvdir. Əksinə bəzi idman növləri ilə məşğul olunması (üzgüçülük, yoqa, pilates) təzyiqin normallaşmasına, ürək əzələsinin möhkəmləndirilməsinə kömək edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see679

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see227

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see182

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see181

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see178

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see175

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see169

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see165

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see159

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see157

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri