Hirkan Milli Parkında narkoplantasiya aşkarlandı
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Astara rayonunda Hirkan Milli Parkında narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.
Tədbirlərlə həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkilərək xüsusi qulluq göstərildiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 04 İyun 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















