Icma.az
close
up
RU
Hitler ssenarisi təkrarlanır: Tramp Putinə bu güzəşti etsə, Avropa qan gölünə dönəcək

Hitler ssenarisi təkrarlanır: Tramp Putinə bu güzəşti etsə, Avropa qan gölünə dönəcək

Icma.az, News24 portalına istinadən məlumat verir.

Münhen Təhlükəsizlik Konfransı ABŞ prezidenti Donald Trampın Avropaya qarşı sanksiya planları və Ukraynaya dəstəyi kəsməklə hədələmələrinin kölgəsində keçirilib. Ukraynanı müdafiə etmək üçün ABŞ-a ehtiyacı olan Avropa ölkələri çıxış yolunu Münhen konfransında axtarırdılar. Trampın Aİ tərəfdən Putinə güzəşt siyasəti 1938-ci il Münhen konfransında Hitlerə verilən güzəştlərə bənzədilib.

News24.az xəbər verir ki, bununla bağlı türkiyəli beynəlxalq əlaqələr üzrə ekspert Kamer Kasım “Haber Global”a danışıb.

O, bu yaxınlarda keçirilən Münhen Təhlükəsizlik Konfransı ilə 1938-ci il Münhen Konfransı arasındakı oxşarlıqlara diqqət çəkib:

"Avropanın Rusiyanın Ukrayna ərazilərini işğal etməsi ilə bağlı ciddi təhlükəsizlik narahatlıqları var. Bununla bağlı tarixi təcrübəsi də var. Düşünürlər ki, Ukraynada Rusiyaya güzəştlər edilsə, 1938-ci ildə Münhen konfransında İngiltərə baş naziri Nevill Çemberlenin Hitlerə güzəştə getməsi kimi olacaq. O zaman Hitlerə Çexoslovakiya verildi və Avropa qan gölünə döndü. Ona görə də deyirlər ki, Rusiyaya güzəştə getmək olmaz”.

Rusiya dayanmayacaq

K.Kasım hərbi xərclər mövzusunda Trampla üz-üzə qalan Avropanın bunun üçün fədakarlıq etməyə hazır olduğunu vurğulayıb:

"Onlar da bəzi fədakarlıqlar edirlər. Məsələn, Rusiya qazına başqa alternativlər yaradırlar. Ancaq ABŞ-ın Ukraynada Rusiyaya güzəştə gedə biləcəyi imici narahat edir. Düşünürlər ki, Ukraynada Rusiyaya güzəşt edilsə, daha da irəli gedəcək. Bu səbəbdən ABŞ-ın da möhkəm dayanması lazım olduğunu deyirlər. Yalnız Trampın səyləri ilə uzunmüddətli atəşkəs əldə oluna bilər. Bu da beynəlxalq münasibətlərdə “dondurulmuş müharibə” dediyimiz vəziyyət deməkdir”.

Avropa təkdir

Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) prezidenti Eray Güçlüer ABŞ-ın yeganə məqsədinin Çinlə rəqabət olduğunu bildirib:

"Avropa və ABŞ siyasəti artıq üst-üstə düşmür. ABŞ-da geosiyasi daralma yaşanır. Amerikanın Avropanı qorumaq imkanları azalıb. NATO-nun daha da funksionallığını itirəcəyini söyləmək olar. ABŞ öz qabığına çəkilərkən, ruslarla sövdələşmə edərək Ukraynanı tərk etmək istəyir. Avropa Rusiya ilə təkbaşına mübarizə apara bilməz. Onun təkbaşına Ukraynaya dəstək verməsi mümkün deyil. Aİ artıq ABŞ-ın iqtisadi, sosioloji və psixoloji baxımdan müttəfiqi deyil. Hazırda 35 trilyon borcu və 25 trilyon milli gəliri olan ABŞ geosiyasi daralma keçirməyə məcburdur. O, artıq nə Avropa, nə də başqa bir ölkə haqqında düşünmək iqtidarında deyil. Onun yeganə narahatlığı Çinlə rəqabətdir. Bunun üçün İran da daxil olmaqla, hər cür asimmetrik planları həyata keçirəcəklər”.

Tək alternativ Türkiyədir

Güçlüer ABŞ və Aİ arasındakı ziddiyyəti Türkiyə prizmasından da dəyərləndirib:

"Türkiyə Montrö Konvensiyasını həyata keçirməklə ABŞ-ın Qara dənizə keçidini əngəllədiyi üçün bu həm Rusiya, həm də Zelenski üçün yeganə alternativdir. Zelenskinin gələcəyini təyin edəcək yeganə ölkə Türkiyədir. Zelenskinin qəfil səfərinin səbəbi Türkiyənin regionda geosiyasi çəkisinə görə onu saxlaya biləcək yeganə güc olduğuna inamıdır. Ona görə də münasibətlərini davam etdirmək istəyir.

Yəqin ki, Zelenski qarşıdakı dövrdə gedəcək. İlk növbədə Türkiyə ilə daimi əlaqələr qurmaq istəyir. O düşünür ki, Rusiyanı tarazlıqda yalnız Türkiyə saxlaya bilər. Çünki Avropanın Rusiyanı dayandırma şansı çox aşağıdır. Nəticədə yaranan geosiyasi boşluğu Türkiyə doldurur”.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristofer Heusqen tədbirin bağlanış mərasimində çıxış edərkən, göz yaşlarına boğulmuşdu. O, Avropa və ABŞ-ı birləşdirən ortaq dəyərlərə toxunaraq "Bizim ümumi dəyər bazamızın artıq o qədər də ümumi olmadığından qorxuruq" deyib. /publika.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Fevral 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri