Icma.az
close
up
RU
Hiyləgər plan uğursuz oldu: Yamalın keçmiş sevgilisi əlidən də oldu, vəlidən də FOTOlar

Hiyləgər plan uğursuz oldu: Yamalın keçmiş sevgilisi əlidən də oldu, vəlidən də FOTOlar

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Barselona"nın və İspaniya millisinin 17 yaşlı ulduz futbolçusu Lamin Yamal yalnız meydandakı çıxışları ilə deyil, şəxsi həyatı ilə də gündəmə gəlib. Bu dəfə diqqət mərkəzinə onun bloqer sevgilisi Aleks Padilla ilə münasibətləri düşüb. Məşhurluğundan istifadə etmək istəyən Padillanın planı isə tam fiasko ilə nəticələnib.

Milli.Az "Pulse Sports Nigeria"ya istinadən Yamalın başına gələn bir sıra hadisələri futbol həvəskarlarının diqqətinə çatdırır. 

Hər şey necə başladı?

Yamalın ulduzu AVRO-2024 turnirində parladı - o, turnirdə qol vuran ən gənc futbolçu kimi tarixə düşdü. İspaniyanın çempionluğu sonrası Lamin Yamal Padilla ilə birlikdə ictimaiyyət qarşısına çıxdı. Padilla milli komandanın formasında, Yamalın adı yazılmış köynəklə onunla podiumda poz verdi. Bu anlar sosial şəbəkələrdə sürətlə yayıldı və münasibətləri təsdiqləndi.

Ayrılığın səbəbləri

Lakin romantika uzun sürmədi. Cütlüyün Yunanıstana birgə səfərindən sonra yayımlanan bir videoda Padillanın canlı yayım zamanı başqa bir oğlanın dizində oturduğu görünür. Bu görüntü sosial şəbəkələrdə böyük tənqidə səbəb oldu və xəyanət iddialarını gündəmə gətirdi. Padilla sonradan "stulda oturduğunu" desə də, ictimaiyyət artıq buna məhəl qoymadı.

İspan mətbuatı məsələyə daha da aydınlıq gətirdi: iddialara görə, Padilla Yamalın bütün gəlir və əmlakının anasının adına qeydiyyatda olmasından narazı imiş. Yamal isə buna cavab olaraq "bu ailə qərarıdır və dəyişməyəcək" deyə bildirib.

İddiaya görə, Padilla ayrılıqdan sonra əsəbi mesajlar göndərib, sosial şəbəkələrdəki bütün şəkilləri silən Yamal isə hətta nömrəsini də dəyişmək məcburiyyətində qalıb.

Padilla üçün nəticələr

Ayrılıqdan sonra Padilla ictimai marağı üzərində saxlamaq üçün özünü "aldadılmış sevgili" kimi təqdim etməyə çalışdı. Amma Yamal olmadan maraq getdikcə azaldı. Bəzi İspan jurnalistləri bildirirlər ki, Padilla hazırda reytinqi aşağı olan TV proqramlara düşmək üçün uğursuz cəhdlər edir və hələ də Yamalın adını postlarında istifadə etməkdən çəkinmir.

Yamal üçün isə hər şey daha da yaxşılaşdı

Qalmaqaldan sonra Yamal bütün diqqətini karyerasına yönəldib. "Barselona" rəhbərliyi onun gənc yaşına baxmayaraq yüksək psixoloji dayanıqlılığa və yetkin davranışa sahib olduğunu vurğulayır. Cəmi 17 yaşında olmasına baxmayaraq, o artıq komandanın əsas oyunçularından biri kimi çıxış edir və zəhərli münasibətlərdən vaxtında uzaqlaşmağın bariz nümunəsinə çevrilib.

Qeyd edək ki, Lamin Yamalın şəxsi həyatı ilə bağlı xəbərlər zaman-zaman sosial mediada böyük marağa səbəb olur. Lakin unutmamalıyıq ki, gənc idmançı öz karyerasına və gələcəyinə daha çox diqqət yetirir. O, həm şəxsi həyatda, həm də peşəkar idmanda ən yaxşısını verməkdə davam edir.

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 May 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri