“Hizbullah“ arasında atəşkəs pozuldu, ölənlər var
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İsrail ordusunun Livanın cənubundakı Tir şəhərinə endirdiyi zərbələr nəticəsində iki nəfər həyatını itirib.
Moderator.az NNA informasiya agentliyinə istinadən xəbər verir ki, İsrail qüvvələri bir avtomobili hədəf alıb. Eyni zamanda, "Əl-Mayadeen" telekanalı İsrail aviasiyasının şəhərə təkrar hücum etdiyini və aralarında jurnalistlərin də olduğu bir neçə nəfərin xəsarət aldığını açıqlayıb. Məlumatda, həmçinin İsrail bölmələrinin Qantara şəhərində də kütləvi bombardman apardığı bildirilir.
Digər tərəfdən, "Hizbullah" atəşkəsin pozulmasına reaksiya olaraq, Tir şəhərindən cənubda yerləşən Ras əl-Bayada ərazisindəki İsrail artilleriya mövqelərinə zərbə endirdiyini bəyan edib. İsrail Müdafiə Ordusu öz növbəsində hücum edən pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb və baş verənləri atəşkəs razılaşmasının kobud şəkildə pozulması kimi dəyərləndirib.
Qeyd edək ki, bu qarşılıqlı zərbələr tərəflər arasında əldə edilmiş ongünlük atəşkəs razılaşmasına baxmayaraq həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 22 Aprel 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















