“Hizbullah” qüvvələrini tərksilah etmək üçün şərtlər qoydu
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
““Hizbullah” hərəkatı yalnız İsrail tərəfindən müəyyən şərtlərin yerinə yetirilməsi və təcavüzdən zərər çəkmiş ərazilərin bərpası şərti ilə bölmələrinin tərksilah edilməsi məsələsini müzakirə etməyə razı olacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu “Müqavimətə Sadiqlik” fraksiyasından olan deputat Həsən Fədlallah deyib.
“Biz ilk növbədə Livana son günlər şahidi olduğumuz hücumların dayandırılmasını tələb edirik. İkincisi, işğala son qoyulmalı və İsrail qoşunları Livan ərazisindən çıxmalıdır. Üçüncüsü, düşmən tərəfindən əsir götürülmüş bütün əsirlərimizin azad edilməsini gözləyirik”, - Fədlallah deyib.
“Hizbullah” deputatı qeyd edib ki, dördüncü şərt, hərbi əməliyyatlar zamanı maddi ziyan dəymiş yaşayış məntəqələrinin bərpasıdır:
“Təcavüz zamanı dağılmış və zədələnmiş bütün evlər yenidən tikilməlidir. Bütün bunlar edildikdən sonra biz Livanın müdafiə doktrinasını müzakirə etməyə başlaya bilərik”.
Baxış sayı:167
Bu xəbər 22 Aprel 2025 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















