Icma.az
close
up
RU
Höccət Haqverdi: “Rəqabət üçün ən azı 5 6 yeni futbolçuya ehtiyacımız var” MÜSAHİBƏ

Höccət Haqverdi: “Rəqabət üçün ən azı 5 6 yeni futbolçuya ehtiyacımız var” MÜSAHİBƏ

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Sumqayıt"ın futbolçusu Höccət Haqverdinin Sport24.az-a müsahibəsi

- Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Zaqatala"nı məğlub etdiniz. Oyun barədə nə deyə bilərsən?
- Qələbə qazandığımız üçün şadam. Dörd gün əvvəl oynadığımızı və bir neçə saatlıq səfər etdiyimizi nəzərə alsaq, bir qədər yorğun idik, amma komanda yoldaşlarımız bir-birinə kömək etdi və qarşılaşmadanqalib ayrıldıq.

- Səncə, I Liqa təmsilçiləri ilə Premyer Liqa klublarının səviyyə fərqi hiss olunur?
- Düşünürəm ki, keyfiyyət və şərait baxımından böyük fərq var, amma I Liqada bir-iki yaxşı komanda olduğunu da bilirəm. Ümumilikdə isə fərq hələ də çox böyükdür.

- Premyer Liqanın IX turunda səfərdə "Zirə"yə uduzmuşdunuz. Səncə, məğlubiyyətə səbəb nə idi?
- Rəqib ilk hissədə bizdən daha yaxşı oynadı və təəssüf ki, qol buraxdıq. Amma ikinci yarıda daha üstün idik və məncə, qol vura bilərdik. Fikrimcə, heç-heçə daha ədalətli nəticə olardı. Hər halda, "Zirə" yaxşı komandadır və keyfiyyətli futbolçuları var. Biz onlara bütün oyun ərzində cəmi iki real fürsət verdik, onlardan birini dəyərləndirdilər.

- "Sumqayıt" 9 turdan sonra 14 xalla 6-cı sıradadır. Bu nəticə sizi qane edir?
- Turnir cədvəlinə baxmaq üçün hələ tezdir. İndiyə qədər yaxşı xal toplamışıq, amma qarşıda hələ çox oyun var və xal fərqi azdır. Ümumilikdə isə bizim üçün hələlik hər şey yaxşı gedir.

- Növbəti turda yuxarı pillələrdə yer alan "Araz-Naxçıvan"la üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntin nədir?
- Araz-Naxçıvan" yaxşı komandadır, hücumda təcrübəli və güclü futbolçuları var. Təbii ki, çətin oyun olacaq, amma biz yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Səncə, "Sumqayıt" cari mövsüm nəyə nail ola bilər? Hədəf nə olmalıdır?
- Bilməliyik ki, azı 5-6 komanda büdcə və futbolçu keyfiyyəti baxımından bizdən üstündür və bu, faktdır. Bizim yaxşı futbolçularımız və heyətimiz var, amma bu, bəzi komandalarla rəqabət aparmaq üçün kifayət deyil. Fikrimcə, ədalətli rəqabət üçün ən azı 5-6 yeni futbolçuya ehtiyacımız var. Mövsüm uzundur, yorğunluq və zədələr olacaq, belə kasad heyətlə problemlərlə üzləşə bilərik və rəqabət çətin keçəcək. Biz həmçinin anlayırıq ki, klubun büdcəsi bir çox komandalardan daha məhduddur. Buna baxmayaraq, klub bizim üçün şəraiti maksimum dərəcədə yaxşılaşdırmağa çalışıb. Bütün bunlara rəğmən, indiyə qədər yaxşı nəticələr əldə etmişik və bunu davam etdirməyə çalışacağıq.

- Müxtəlif vaxtlarda Azərbaycan millisinə də dəvət almısan. Ayxan Abbasov baş məşqçi təyin edilib. Yenidən yığmada yer almaq istəyirsənmi?
- Milli komandaya çağırıldığım vaxtlarda həmişə uğur qazanmaq üçün əlimdən gələni etmişəm. Ayxan Abbasovla da işləmişəm və bilirəm ki, o, çox yaxşı məşqçidir. Üstəlik, futbolçularla münasibəti də çox yaxşıdır ki, bu da çox önəmlidir. Təəssüf ki, bu il mövsümöncəsi bütün hazırlıqları buraxmışam və düşünürəm ki, hələ formamın 50 faizindəyəm. Amma fiziki durumum hər gün yaxşılaşır və təbii ki, yenidən milli komandada oynamaq istərdim.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sport24.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri