Icma.az
close
up
RU
Hökmdar olsaydım, onları dar ağacından asardım ki, adam da paytaxtı bu günə salar? Seyran Səxavət

Hökmdar olsaydım, onları dar ağacından asardım ki, adam da paytaxtı bu günə salar? Seyran Səxavət

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı Sərəncam imzalayıb. Dövlət başçısı bundan öncə keçirdiyi müşavirədə Bakıda tıxacların aradan qaldırılması, yol infrastrukturunun qurulması ilə bağlı ictimaiyyət nümayəndələrinin də öz tövsiyələrini vermələri barədə çağırış edib.

Mövzu ilə bağlı yazıçı Seyran Səxavət Redaktor.az-a açıqlamasında bildirdi ki, paytaxtın vəziyyəti yüngülləşsə də, onu xilas etmək son dərəcə çətindir.

"Deməli, bu yollar bizim hamımız kimi, məni də narahat edir. Bilirsiniz, əvvəl səbəbi axtarmaq lazımdır. Deməli, səbəb bundan ibarətdir ki, təxminən son 25 il bundan qabağa qədər Bakıda bu tikinti işləri düz getmədi, anti-tikinti işləri getdi. İcazə verənin yanına gəldilər, pul verdilər, plansız evlər, binalar tikildi. Torpağın müqaviməti deyilən bir elm də var. Əvvəllər binadan 50 maşın çıxırdısa indi təzə tikilən binalardan 250 maşın çıxır. Əvvəllər tutaq ki, beş ədəd kanalizasiya axırdısa, indi 55 ədəd axır və gücü çatmır. Mənə elə gəlir ki, Bakını xilas etmək son dərəcə çətindir. Ali Baş Komandana eşq olsun ki, Bakının demək olar ki, "reanimasiya" vəziyyətində olduğunu duyub, hiss eləyib və nəsə eləmək üçün çalışır və qəbul etdiyi qərarlar məncə kömək olacaq".

Yazıçı son 30 ildə buraxılan səhvlərin şəhərin infrastrukturu və təhlükəsizliyi üçün ciddi problemlər yaratdığını vurğuladı:

"Paytaxtı bu günə salanlar var ki, onlar iki-üç nəfərdir. Onları mütləq cəzalandırmaq lazımdır. Mən, məsələn, hökmdar olsaydım, onları orta əsr qanunlarıyla dar ağacından asardım ki, adam da paytaxtı bu günə salar? Tərpənmək olmur, bir aptekin, xəstəxananın qabağında maşın saxlamaq olmur. Mən Yazıçılar İttifaqında işləyirəm, nəyə görə gedib səkkiz saat işdə olmaq üçün səkkiz manat pul ödəməliyəm? Bu ayda 240 manat edir. Mən nə qədər maaş alıram ki? Mən dünyanın demək olar 95 faiz paytaxtını gəzmişəm. Amma belə bir şey görməmişəm. Yəni Bakıda paytaxt bir-birinə qarışıb. Kim Bakının son 30 ildə binaların bu cür tikilməyinə rəvac veribsə, onlar mütləq cəzalanmalıdır ki, sonra gələnlər görsün ki, adamı cəzalandırırlar".

Seyran Səxavətin fikrincə, bu sahədə islahatlar aparılmalı, şəhərsalma qaydaları beynəlxalq normalara uyğunlaşdırılmalıdır.

"Mən şahın vaxtında şəhər salanlarla iki il İranda işləmişəm. Şəhərsalma böyük bir elm idi. Məsələn, iki 16 mərtəbəli ev yan-yana tikilirsə, bir-birindən ara məsafəsi onların hündürlüyü boyu olmalıdır. Bakıda binalar elə tikilib ki, domino faciəsi, tragediyası qaçılmazdır. Bir zəlzələ olsa, biri digərini uçuracaq. Bu adamlar kimdirsə, cəzalanmasa, gələcəkdə bizi böyük fəlakətlər gözləyir. Cənab Ali Baş komandanımızın planı mənim ürəyimcədir, amma Bakı, o Bakı olmayacaq. Bakı həmişə təngənəfəs olacaq, Bakının həmişə nəfəsi "tıncıxacaq". Amma vəziyyəti yüngülləşdirmək olar", - deyə yazıçı bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Yanvar 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri