Hökümənin anası: Elə deyirdim balamla fəxr eləyim / Video
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
“Elə deyirdim ki, balamı oxudum. Balamı oxutdum. Balam 28 yaşında alim oldu. Balamla fəxr edirdim..”
Gununsesi.info xəbər verir ki, bunu İTV-yə AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası, Samux rayon sakini Kəmalə Əliyeva bildirib.
O, bildirib ki, stüardessa işləmək Hökümənin arzusu olub.
K.Əliyeva deyib ki, hadisə baş verən günü bu barədə ilk olaraq Hökümənin yoldaşı onun ailəsinə xəbər verib: “Ondan sonra atası maşını birtəhər idarə edərək getdi. Mənə də heç nə demədilər. Elə bildim ki, evdə körpə uşaq var ona nəsə olub. Atasından nə qədər soruşdum ki, nə olub..? Dedi belimiz qırılıb. Hökümə qəzaya uğrayıb. Evə gəldik, bildik ki, Hökümə gedən təyyarə qəzaya uğrayıb..”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 26 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















