Icma.az
close
up
RU
Hökümənin atası: Deyirdi, dünyanı gəzmək istəyirəm, ən böyük qorxusu... Fotolar

Hökümənin atası: Deyirdi, dünyanı gəzmək istəyirəm, ən böyük qorxusu... Fotolar

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olan ekipaj üzvü Hökümə Əliyevanın atası Cəlil Əliyevlə Bakıda görüşdük. Bu faciəli və hüznlü günlərdə həm də ləyaqət və cəsurluq simvoluna çevrilmiş bir qadını böyüdüb başa çatdıran ataya bir neçə sual ünvanladıq.

Teleqraf.com Cəlil Əliyevlə söhbəti təqdim edir.

- Cəlil müəllim, bildiyimizə görə, qızınızın nəşi bu axşam Azərbaycana gətiriləcək. Zaman konkretləşibmi?
- Qızımın nəşi bu gün saat 17:00 və 19:00 arası Azərbaycana gətiriləcək. Prezident İlham Əliyevin göstərişinə əsasən, Hökümə ll Fəxri xiyabanda dəfn ediləcək.

- Hökümə xanım ölümlə üz-üzə olanda belə sərnişinlərə "Hər şey yaxşı olacaq" deyib onlara təsəlli verməyi bacardı...

- Cəsur qızıydı, dediyi sözü yerinə yetirməyi bacaranıydı. Ali məktəbə repetitor yanına getmədən, özü çalışaraq daxil olmuşdu. Öz üzərində həmişə çalışırdı. Hazırlığa getmədən, 612 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsini daxil oldu, oranı bitirdi. Sonra magistratura təhsili aldı, aspirantura pilləsini başa vurdu. Dünyanı gəzməyi çox sevirdi. Təyyarə bələdçisi kimi yüzdən çox ölkəyə gedib gəlmişdi. Hər dəfə hansısa ölkəyə gedəndə zəng edib soruşdur: "Ata, sizə nə alım?"

Hava yollarında 2016-cı ildən tərcüməçi kimi fəaliyyətə başladı, sonra stüardessa kimi davam etdi. İndi qızım haqqında danışmaq o qədər çətindir ki...
Prezident İlham Əliyevə təşəkkür edirəm. Xalqımız sağ olsun. Cənab İlham Əliyevdən xahiş edirəm ki, çalışdığım Samux rayonunun Əliuşağı kənd orta məktəbinə və Kəlbəcər rayonundakı 67 nömrəli orta məktəbə qızım Hökümə Əliyevanın adı verilsin. Başqa heç nə istəmirəm... Bir istəyim qızımın adının əbədiləşməsidir.

Mən özüm Samux rayonunun Əliuşağı kənd orta məktəbində Azərbaycan dili müəllimi işləyirəm.
- Hökümə xanım məktəbdə necə şagird idi?
- Gəncə şəhər Veysəlov adına 30 nömrəli tam orta məktəbin rus bölməsində təhsil almışdı. Heç vaxt heç bir problemi olmamışdı, müəllimləri həmişə onu tərifləyirdilər. Məktəb illərində iştirak etdiyi olimpiadalarda yüksək nəticə əldə eləyirdi. Rus, ingilis və fransız dillərini mükəmməl səviyyədə bilirdi. Dediyim kimi, xarici ölkələrdə olmağı çox sevirdi.
- Cəlil müəllim, qızınız ilk olaraq AZAL-da tərcüməçi kimi fəaliyyətə başlayıb, sonra stüardessa kimi davam edib. Onun stüardessa kimi ilk uçuşunu necə xatırlayırsınız? Qızınızın stüardessa kimi fəaliyyətini dəstəkləyirdinizmi?
- Düzü, stüardessa olmasını istəmirdim. Öz istəyiydi. Onu nə qədər bu sahədən çəkindirmək istəsəm də, mane ola bilmədim.

- Qızınızın hər uçuşunda valideyn olaraq narahatlıq hissi keçirirdinizmi?
- Adətən, narahatlıq keçirirdik. Hər dəfə səfərdən öncə zəng edib deyirdi ki, ata, filan şəhərə gedirik. Amma bu dəfə telefonla danışanda heç demədi ki, səfərə çıxıram. Səfərdən əvvəlki gün axşam saatlarında danışdıq. Mənim bir nəvəm var, onun adı da Cəlildir. Ona "ömrüm" deyirdi. Onunla həmin gün iki-üç saat danışdı.

Hökümə uşaq vaxtı çox arıq qız idi, son vaxtlar kökəlmişdi, daha da gözəlləşmişdi. Elə bil, hər şey ölüm üçünmüş...
- Xasiyyətcə necə insan idi, ata kimi qızınızı necə xarakterizə edərsiniz?
- Sakit xatakterliydi. Çox danışmağı sevməz, öz işi ilə məşğul olardı. Çətin situasiyalardan tək çıxmağı xoşlayardı. Kiminsə əleyhinə danışanda xoşuna gəlməzdi. Məni çox sevirdi. Qız uşaqları atalarına bağlı olurlar. Ölənə qədər, ürək nə qədər dözəcək bilmirəm, hər zaman qəlbimdə yaşayacaq.
- Stüardessa kimi fəaliyyəti dövründə təyyarədə hansısa problem yaşamışdımı?

- Xeyr, heç bir problem olmamışdı. Yaxın zamanlarda AZAL-da hüquqşünas kimi fəaliyyətə başlayacaqdı.

Hökümə universiteti bitirdikdən sonra iki il Goranboy rayon Dövlət Sosial Müdafiə Fondunda hüquqşünas işləmişdi. Dövlət işçisi idi. Hava Yollarında da ona bildirmişdilər ki, sizi hüquqşünas kimi işə qəbul edək. O isə cavab vermişdi ki, dünyanı gəzmək istəyir.

- Qızınızın stüardessa kimi fəaliyyətə başlamısının ilk həyacanını necə xatırlayırsınız?

- Mənə deyirdi ki, ata, hər şey yaxşıdır və çox sevinirdi ki, ilk dəfə Parisə gedir. Dünyanın çox ölkəsində olmuşdu.

- Mətbuatda bildirildiyinə görə, iki il qabaq ailə qurub.

- Xeyr, qızım üç il dörd aydır ailə qurmuşdu.
- Həyat yoldaşı hansı sahədə çalışır?
- Mühasib işləyirdi, hazırda işsizdi.

- Hökümə xanımın gələcək arzuları nə idi?
- Öz üzərində çox çalışırdı. "28 May" metrosu ətrafında bir otaqlı təzə mənzil almışdı. Arzusu orada xoşbəxt yaşamaq idi, amma qismət olmadı. Şəhərin mərkəzini çox sevirdi. Deyirdi ki, bir ev də alıb, hüquqşünas kimi fəaliyyət göstərəcək. Heç kimin işinə, həyatına müdaxilə etməzdi, öz işiylə məşğul olardı.

- Rəfiqəsi Hökümə xanımım yanaraq ölməkdən qorxduğunu açıqladı. Bu haqda da sizinlə danışmışdı?

- Bu haqda bizimlə çox danışmazdı. Amma bilirəm ki, hər zaman qocalmaqdan və yanaraq ölməkdən qorxurdu.

Foto: Elnur Muxtar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 28 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri