Icma.az
close
up
RU
Hökumət 8 Mart ərəfəsində həbsdəki xanım jurnalistlərə humanitar jest edə bilərmi?

Hökumət 8 Mart ərəfəsində həbsdəki xanım jurnalistlərə humanitar jest edə bilərmi?

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Məlum olduğu kimi, Azərbaycan siyasi gündəmini son zamanlar həm də həbslər təşkil edir. Bu həbslərlə bağlı ölkəmizə təzyiqlər belə olur, müxtəlif beynəlxalq təşkilatlar Azərbaycan hökumətinə həbs olunan siyasətçi və jurnalistləri buraxmaq üçün çağırışlar edir.

Bu günlərdə isə yenidən müzakirə olunan əfv məsələləri diqqət mərkəzindədir.

Əlamətdar günlərdə əfv sərəncamı gözlənildiyi bir vaxtda, maraqlıdır, 8 martla əlaqədar olaraq həbs olunan qadın jurnalistlər azadlığa çıxacaqmı?

Gununsesi.info xəbər verir ki, bu barədə saytımıza hüquq müdafiəçiləri, deputatlar açıqlama verib.

Belə ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Azərbaycan hökuməti istəsə, həbsdə olan xanım jurnalistləri ev dustaqlığına buraxa biləcəyini deyir:

“Sözsüz ki, Azərbaycan hökuməti hər şeyi edə bilər. Bizdə bu fikri demişik, Ombusdman Səbinə Əliyeva ilə də görüşmüşük, deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar. Fikrimcə, bu yaxınlarda ola bilər. Biz heç demirik ki, proses dayansın. Getsin, amma bu vaxtda qızlar evlərində olsunlar.”

Milli Məclisin deputatı Vüqar İskəndərovun fikrincə isə, istintaq altında olan şəxslər barəsində qəti bir söz demək doğru olmaz:

“Müstəqil Azərbaycan Respublikası Ulu Öndərin hakimiyyəti dövründə də, Cənab prezidentin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə həmişə humanist dəyərlərə çox böyük töfhə verib. Biz dünyada da tolerant, dəyərlərə sayğılı yanaşan ölkə imici qazanmışıq. O cümlədən zaman-zaman ölkə başçısı əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. İndiyə qədər minlərlə məhbus həmin humanist addımlardan yararlanıblar. Burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolunu qiymətləndirməliyik. Konkret olaraq həbs olunan xanımlardan danışırıqsa, onlar hal-hazırda istintaq altındadırlar və məhkəmə hökmü olmadan fikir söyləmək çətin olardı, doğru da deyil. Lakin Azərbaycan prezidenti belə anlarda da çox önəmli addımlar atıb.”

Milli Məclisin deputatı Elman Nəsirov isə deyir ki, bu siyahıda qadınların da yer alacağı mümkündür:

“İl başlayandan iki dəfə Əfv Komissiyasının iclası keçirilib və hər iclasda 100-dən artıq məhbusla bağlı işlərə baxılıb. Azərbaycan dövləti humanist dövlətdir, Azərbaycan prezidenti də humanizm prinsiplərini əlində rəhbər tutub. Bu siyasətin də əsasını Heydər Əliyev qoyub. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olduğu zamanlarda da dəfələrlə bu məsələlərdə təşəbbüskarlıq edib, minlərlə insan azadlığa çıxıb. Komissiyanın üçüncü iclası olacaq yaxınlarda. Bu fərmanda, heç şübhəsiz ki, məhkumların davranışı, ailə vəziyyəti, azadlığa buraxılandan sonra təhlükəli olmaması və.s kimi faktorlar rol oynayır. Bu katerqoriyadan olan insanların azad olunmağı da gözlənilir. Təbii ki, buraya qadınlar da aiddir. Çünki bu, həmişə olub. Hesab edirəm ki, elə həmişə olduğu kimi xanımların da həmin siyahıda yer alacağı mümkündür.”

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri