Hökumət üzvü hokkey oyununda öldü
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Arxangelsk vilayəti administrasiyasının sədr müavini Anatoli Ananyev hokkey oyunu zamanı buz üstünə yıxılaraq həyatını itirib.
Bunu "RİA Novosti"yə vilayət hökumətinin mətbuat xidməti bildirib.
Hadisə hökumət komandası ilə "T-54" komandası arasında keçirilən oyunda yaşanıb.
Faciə anı oyunun canlı yayımı zamanı videoya düşüb./Oxu.az
