Icma.az
close
up
RU
Qəzaların sayını azaltmaq üçün maşınların ön hissəsində yaşıl işıq quraşdırıla bilər ARAŞDIRMA FOTO

Qəzaların sayını azaltmaq üçün maşınların ön hissəsində yaşıl işıq quraşdırıla bilər ARAŞDIRMA FOTO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə avtomobil texnologiyalarında yeniliklər davam edir. 

Avtosfer.az xəbər verir ki, Avstriyanın Qraz Texnologiya Universitetində aparılan son araşdırmalar göstərib ki, nəqliyyat vasitələrinin ön hissəsinə yerləşdirilən yaşıl əyləc işıqları xüsusilə kəsişmələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayını xeyli azalda bilər.

Araşdırmanın nəticələrinə görə, yaşıl işıq sürücülərə “avtomobil əyləc edir” siqnalını ötürür və bu da onların daha sürətli reaksiya verməsinə imkan yaradır. İndiyədək əyləc işıqları yalnız avtomobillərin arxa hissəsində yerləşdirilirdi. Lakin mütəxəssislər bildirirlər ki, bu sistem yan tərəfdən gələn nəqliyyat vasitələrinin sürücüləri üçün kifayət qədər siqnal vermir. Bu isə toqquşma riskini artırır.


Məlumata görə, 200-dən çox qəzanın təhlili zamanı avtomobilin ön hissəsinə quraşdırılmış yaşıl işığın sürücülərə vaxtında xəbərdarlıq siqnalı verdiyi və qəza riskini azaltdığı müşahidə edilib. Müxtəlif rənglərin sınaqdan keçirilməsinə baxmayaraq, yaşıl rəngin daha effektiv nəticə verdiyi məlum olub. Tədqiqatçılar qeyd edirlər ki, yaşıl rəng sürücülər tərəfindən “hazır ol”, “hərəkət baş verə bilər” kimi təbii şəkildə qəbul edilir.

Araşdırmanın nəticələri avtomobil istehsalçıları tərəfindən də yaxından izlənilir. “TGRT News”un yaydığı məlumata əsasən, yaşıl əyləc işıq sisteminin yaxın illərdə yeni avtomobillərdə tətbiqinə başlanması və gələcəkdə məcburi hala gətirilməsi gündəmdədir.

Qeyd edək ki, yol hərəkəti zamanı bəzi qəza halları sürücülərin qarşıdan gələn avtomobilin dayanıb-dayanmadığını ayırd edə bilməməsi səbəbindən baş verir. Bu baxımdan yaşıl əyləc işıqları ilə təchiz olunmuş nəqliyyat vasitələrinin həmin halların qarşısını alacağına dair gözləntilər böyükdür.

Hazırda bu sistem texniki mərhələdə qiymətləndirilir. Lakin mütəxəssislər yaşıl əyləc işığını avtomobil təhlükəsizliyində inqilabi bir yenilik kimi dəyərləndirirlər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 İyun 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri