Icma.az
close
up
RU
Hökumət vergi güzəştini sona çatdırır? “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır”

Hökumət vergi güzəştini sona çatdırır? “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov gələn ildən tətbiq olunacaq yeni vergi siyasəti ilə bağlı narahatlığını ifadə edib. 

“AzPolitika” xəbər verir ki, o, 2026-cı il yanvarın 1-dən etibarən bütün şəxslərin əməkhaqqından gəlir vergisi tutulacağını iddia edib. Bildirib ki, 2019-cu ildən bəri özəl sektor üçün qüvvədə olan vergi güzəştləri artıq sona çatır.

Əkrəm Həsənov qeyd edib ki, hazırda 7 illik vergi güzəşti çərçivəsində dövlət və neft sektorunda çalışan şəxslər istisna olmaqla, digər şəxslərin əməkhaqqının yalnız 8000 manatdan yuxarı olan hissəsinə 14 faiz gəlir vergisi tətbiq olunur. 

Ancaq yeni ildən bu mexanizm dəyişəcək: “2026-cı ildən maaşın 2500 manatadək olan hissəsindən 14 faiz, ondan yuxarı olan hissəsindən isə 25 faiz gəlir vergisi tutulacaq”.

İqtisadçının sözlərinə görə, güzəştin müddətinin uzadılması ilə bağlı hökumətdən heç bir rəsmi açıqlama yoxdur. Halbuki dövlət büdcəsi paketi – o cümlədən Vergi Məcəlləsinə dəyişiklik layihəsi – artıq hazırdır və hər zaman olduğu kimi, ictimai müzakirədən yayınaraq, qapalı şəkildə hökumət daxilində nəzərdən keçirilir.

Əkrəm Həsənov vurğulayıb ki, hazırda vergi orqanları büdcəni doldurmaq üçün müxtəlif üsullara əl atırlar: “Təkcə sahibkarlara qarşı əsassız vergi hesablamaları ilə kifayətlənmirlər, hətta sadə vətəndaşlara ƏDV-nin bir qisminin geri qaytarılmasından da müxtəlif bəhanələrlə yayınırlar”.

Onun fikrincə, bütün bu faktlar hökumətin güzəşt müddətini uzatmaq niyyətində olmadığını göstərir. 

“Yaxın ehtimalla ya ümumiyyətlə güzəşt ləğv ediləcək, ya da uzaqbaşı cüzi bir dövrə və ya şərtlə uzadılacaq. Mümkündür ki, ictimai narazılıq yaranacağı təqdirdə güzəşt yalnız qismən – məsələn, 14 faiz əvəzinə 7 faiz tutulmaqla davam etdirilsin”, – deyə Həsənov əlavə edib.

Əkrəm Həsənov sonda cəmiyyəti aktiv və ayıq olmağa çağırıb: “İctimaiyyət olaraq artıq indidən sual etməliyik: yeni ildə bizi nə gözləyir? Real gəlirlərin azaldığı, qiymətlərin isə artdığı bir vaxtda, əlavə vergi yükünə hazırlaşmalıyıqmı? Bu vergi artıq yeni ildən ailə büdcələrimizdə ‘xərc’ qismində yer alacaqmı?”

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyul 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri