Home Baku yoxlama: Şirkət 3 milyondan artıq cərimələndi
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mətbəx əşyalarının satışı ilə məşğul olan "Home Baku" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) səyyar vergi yoxlaması həyata keçirilib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidməti tərəfindən aparılan səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində "Home Baku" MMC barəsində 2.349.816,53 manat əlavə vergi, 1.174.908,27 manat maliyyə sanksiyası hesablanıb.
Qeyd edək ki, Nəsimi rayonu, Salamzadə küçəsi, ev 31 ünvanında yerləşən şirkətin nizamnamə kapitalı 6452430 manat, qanuni təmsilçisi Fatih İsilakdır.
Əhməd
Baxış sayı:35
Bu xəbər 07 Avqust 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















