Çox hörmətli Əli müəllim! Doğum gününüz mübarək olsun!
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qırx illik dostluğumuzun ömrümüzə, həyatımıza dəyər qatdığını sizin bu əziz gününüzdə böyük məmnunluq və əminliklə ifadə edirəm. Şüküranlıyam ki, həyat yolumda qarşıma zaman- zaman dəyərli insanlar çıxıb. Sizin kimi bir neçə əsil dostlarım var.
Valideynləri, qardaş-bacıları və yaxın qohumları biz seçmirik - bu, taleyin qismətidir. Dostu isə insan ömür yolunda özü seçir, özü qazanır. Çox vaxt dost doğmalardan da yaxın olur.
“Dostunu göstər, kim olduğunu deyim” atalar sözü təsadüfi yaranmayıb - insanın dostu onun səviyyəsinin, daxili dünyasının aynasıdır.
Sizin 40 il ərzində İmişli rayonu Buludlu kənd tam orta məktəbində əzmkar və nümunəvi məktəb direktoru kimi fəaliyyət göstərdiyiniz dövrdə, mən də paralel olaraq təhsil sahəsində idarəetmə strukturunda çalışmışam. Eyni sahədə, əlaqəli şəkildə işləməyimiz bir-birimizi daha yaxından və hərtərəfli tanımaq üçün gözəl imkan yaradıb.
Sizi xarakterizə edən əsas keyfiyyətlər:
- Vicdan - obyektivlik və ədalət meyarı;
- Məsuliyyət - üzərinə düşən işə cavabdehlik və şəxsiyyətinə hörmət;
- Etibarlılıq - hər zaman güvənilən insan olmaq;
- Nəfsdən uzaqlıq - xarakterin və həyata baxışın məzmun göstəricisi.
Nadir insanlarda rast gəlinən bu dəyərli keyfiyyətlər uzun illər ərzində formalaşmış mənəvi portretinizdir və dostluğumuzun da əsas qayəsidir.
Peşəkar idarəçi, təhsil işçisi və bacarıqlı lider kimi cəmiyyətdə böyük hörmət və nüfuz qazanmısınız. Zamanla əməyinizin dövlət tərəfindən layiqincə qiymətləndirilməsi də bunun bariz göstəricisidir.
Əziz Əli müəllim!
Sizə ailə üzvləriniz və doğmalarınızla birgə sağlam, mənalı və uzun ömür arzulayıram!
Bir daha doğum gününüz mübarək olsun!
Dərin hörmətlə,
Vahid Tağıyev.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 10 Fevral 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















