Icma.az
close
up
RU
Hörmüz boğazında qlobal “boğulma”

Hörmüz boğazında qlobal “boğulma”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Türkiyənin alternativ neft və qaz tədarükü marşrutları

Hörmüz boğazı ətrafında yaranmış hərbi-siyasi gərginlik artıq yalnız regional çərçivədə qalmayıb, qlobal iqtisadi sabitlik üçün ciddi təhdidə çevrilib. Son həftələrdə baş verən hadisələr göstərir ki, bu strateji su yolu, faktiki olaraq, iflic vəziyyətinə düşüb və beynəlxalq ticarət sistemində ciddi çatlar yaranıb.

İran ABŞ və İsrailin həyata keçirdiyi hərbi zərbələrə cavab olaraq Hörmüz boğazında nəqliyyat axınına sərt məhdudiyyətlər tətbiq edib. Nəticədə, gündəlik keçən tanker və yük gəmilərinin sayı kəskin şəkildə azalıb. Əgər əvvəllər bu strateji keçiddən gündə orta hesabla 120–130 gəmi istifadə edirdisə, hazırda bu göstərici cəmi bir neçə gəmi ilə məhdudlaşır.

Beynəlxalq dəniz daşımaları sahəsində etibarlı mənbə hesab olunan “Lloyd’s List Intelligence” məlumat verir ki, 28 fevral – 31 mart tarixləri arasında Hörmüz boğazından yalnız 292 gəmi keçib. Məlumata görə, bu gəmilərin 71 faizi İrana və ya onun kölgə donanmasına məxsus olub, Çin gəmiləri isə trafikin təxminən 10 faizini təşkil edib. Son günlər isə İran Hindistan və Pakistanla əlaqəli onlarla gəminin keçməsinə icazə verib.

Qeyd edilməlidir ki, Hörmüz boğazında gəmilərin keçidi yalnız icazə əsasında mümkündür. Müşahidələr göstərir ki, bəzi ölkələrin gəmiləri daha rahat keçid əldə edir, ABŞ və İsraillə əlaqəsi olan gəmilər isə risk altındadır. Bu məhdudiyyətlər qlobal enerji bazarına birbaşa təsir göstərir. Çünki dünya üzrə neft və mayeləşdirilmiş qaz daşımalarının təxminən 20 faizi məhz bu boğazdan keçir. Nəqliyyatın azalması tədarük zəncirində gecikmələrə və qiymət artımına səbəb olur, ekspertlər isə idxalçı ölkələrdə neft qıtlığının ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Dünya birjalarında neft qiymətləri də yüksəlməyə davam edir. Aprelin 3-nə olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 7,87 dollar artaraq 109,03 dollar olub. Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı neftin bir bareli 11,42 dollar artaraq 111,54 dollar təşkil edib.

Beynəlxalq ictimaiyyət də vəziyyətin ciddiliyini etiraf edir. Böyük Britaniya baş naziri Kir Starmer keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə yaşayış xərclərinin azalması üçün Yaxın Şərqdə gərginliyin azaldılması və Hörmüz boğazının yenidən açılması vacibdir. Onun sözlərinə görə, hökumət mövcud diplomatik imkanların hər birini araşdırır.

Avstraliyanın baş naziri Entoni Albaniz isə videomüraciətində iqtisadi şokların aylara qədər davam edə biləcəyini vurğulayaraq, vətəndaşları benzin istifadəsini azaltmağa və mümkün olduqca ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

İtaliyanın müdafiə naziri Cuido Krosetto isə “La Repubblica”ya müsahibəsində deyib ki, münaqişənin təsirləri bütün dünyada hiss ediləcək. O əlavə edib: “Mən bu müharibəni və mümkün nəticələrini günün 24 saatı izləyirəm. İşimin təbiətinə görə, məlumatlara çıxışım var və önümüzdəki həftələrdə baş verə biləcək hadisələrdən, eləcə də bunun iqtisadiyyata və gündəlik həyata təsirindən ciddi narahatam”.

Hazırkı böhran fonunda bir sıra ölkələr İranı geri addım atmağa məcbur etmək üçün koordinasiyalı tədbirlər həyata keçirir. Qərb dövlətləri və onlarla digər ölkə boğazın açılması üçün siyasi və iqtisadi təzyiq mexanizmlərini müzakirə edir. Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper 40-dan çox ölkənin iştirak etdiyi virtual sammitə ev sahibliyi edib. O bildirib ki, boğazın bağlanması yalnız Britaniyada benzin qiymətlərinə deyil, həm də təyyarə yanacağına, Afrikada gübrəyə və Asiyada qaza təsir göstərir. Eyni zamanda BMT humanitar daşıma dəhlizinin açılması variantını da araşdırır, yoxsul ölkələrdə qida və gübrə çatışmazlığının qarşısını almaq üçün.

Bu arada İran da təşəbbüslə çıxış edib. Hökumətin informasiya şurasının rəhbəri Əlyas Xəzrəti bildirib ki, “Hörmüz paktı” adlı regional və beynəlxalq mexanizm yaratmaq mümkündür. Paktın çərçivəsində İranın idarəçiliyi altında, region ölkələri, Asiya, ərəb dövlətləri və bəzi Avropa ölkələri iştirak edə bilər.

Eyni zamanda Türkiyə, Hörmüz boğazını yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb. “Türkiyə” qəzetinin məlumatına görə, Ticarət Nazirliyinin rəhbəri Ömər Bolat bu marşrutların, xüsusilə böhran dövründə həm enerji istehsalçıları, həm də istehlakçılar üçün vacib həll yolu olduğunu bildirib. Marşrutlar Fars körfəzi regionundan İraq və Suriya üzərindən quru yolu, Süveyş kanalı, Qırmızı dəniz, İordaniya və Səudiyyə Ərəbistanı vasitəsilə birləşdirilmiş yollar, eləcə də Oman limanından BƏƏ-yə gedən yolları əhatə edir.

Ümid burnu marşrutu isə çatdırılma müddətini 10–15 gün artırdığı və xərcləri yüksəltdiyi üçün daha az perspektivli hesab olunur. Bundan əvvəl Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazından neft məhsullarının daşınmasını əlaqələndirmək üçün konsorsium yaratmaq imkanlarını da araşdırıb.

Xatırladaq ki, beynəlxalq dəniz hüququna əsasən, Hörmüz boğazından bütün gəmilər maneəsiz keçməlidir. UNCLOS çərçivəsində boğazlar tranzit keçid prinsipi ilə qorunur və sahil dövlətləri siyasi səbəblərlə keçidi məhdudlaşdıra bilməz. Hazırkı vəziyyət göstərir ki, Hörmüz boğazı dünya enerji tədarükü üçün kritik əhəmiyyət daşıyır və İranın təşəbbüsü həm hüquqi, həm siyasi, həm də regional əməkdaşlıq imkanları yarada bilər.

Sonda qeyd edək ki, hazırkı vəziyyət bir neçə mümkün inkişaf ssenarisini gündəmə gətirir. Birinci ssenari diplomatik razılaşma yolu ilə gərginliyin azaldılmasıdır ki, bu halda boğaz yenidən tam fəaliyyətə qayıda bilər. İkinci ssenari İranın uzunmüddətli nəzarəti altında məhdud keçid rejiminin davam etməsidir ki, bu isə qlobal enerji bazarında qeyri-sabitliyi uzadacaq. Ən təhlükəli ssenari isə qarşıdurmanın genişlənərək region ölkələri və böyük güclərin birbaşa iştirak etdiyi müharibəyə çevrilməsidir.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see296

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see262

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see247

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see243

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see243

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see238

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see237

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see235

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see226

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see220

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see219

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see204

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see199

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see197

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see195

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see194

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see193

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see193

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see186

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri