Hörmüz boğazını “ABŞ ın yeni ərazisi” kimi paylaşdı KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “ABŞ-nin yeni ərazisi” kimi göstərən xəritəni yenidən paylaşıb.
KONKRET.az xəbər verir ki, Tramp sözügedən xəritəni özünün “Truth Social” hesabında yayımlayıb.
Xəritədə İranla Ərəbistan yarımadası arasında yerləşən Hörmüz boğazı dairəyə alınaraq “NEW U.S. TERRITORY” (“ABŞ-nin yeni ərazisi”) ifadəsi ilə işarələnib.
Bu, Trampın son günlər ərzində Hörmüz boğazını ABŞ ərazisi kimi göstərən xəritəni ikinci dəfə paylaşmasıdır.
Daha əvvəl, avqustun 14-də Tramp Hörmüz boğazının ABŞ tərəfindən nəzarətə götürülməsi ehtimalı barədə açıqlama vermişdi. O, İranın boğazı bağlamaq cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirib.
Hörmüz boğazı dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyır. Qlobal neft və maye qaz daşımalarının mühüm hissəsi bu su yolundan keçir.
Trampın xəritəni yenidən paylaşması ABŞ-ın regiondakı siyasəti və Hörmüz boğazının gələcək statusu ilə bağlı yeni müzakirələrə səbəb olub.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 23 Avqust 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















