Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Hörmüz tam olaraq “məhv edilir” Mühüm plan

Hörmüz tam olaraq “məhv edilir” Mühüm plan

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-İran müharibəsinin əsas hədəflərindən birinin Hörmüz boğazı keçişli enerji xəttinə alternativ layihələrin işə salınması olduğunu iddia etmişdik. Bir neçə gün əvvəl İraq Baş naziri Zeydinin Amerikada imzaladığı bir çox sənəd bunu təsdiqləyir.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Heydər Oğuz bildirib.

“Məlumata görə, Zeydinin ABŞ səfərində imzaladığı əsas sənədlərdən biri Kərkük-Baniyas boru kəməri ilə bağlı olub. Vaşinqtonda keçirilən imzalanma mərasimində ABŞ enerji naziri Kris Rayt, bu ölkənin Ankaradakı səfiri və Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak iştirak edib. Barrak toplantıda çıxışında açıq şəkildə Hörmüzə alternativ layihələrin işə salınacağını, imzalanan Kərkük-Baniyas boru kəməri ilə bağlı müqavilənin bu istiqamətdə atılmış ilk addımlardan biri olduğunu bildirib. O deyib ki, məlum neft boru kəməri ilə bağlı razılaşmalar “Hörmüz boğazını enerji təchizatı baxımından “ikinci dərəcəli” mövqeyə endirəcək bir prosesin yolunu açacaq”, - politoloq qeyd edib.

H.Oğuz xatırladıb ki, Kərkük-Baniyas neft kəməri ilə gündə 2 milyon barrel neft nəqli nəzərdə tutulur:

“Bir çoxu bunun Türkiyənin “Qalxınma yolu” projesinə də alternativ olduğunu və boru kəmərinin çəkilməsindən ən çox ziyan çəkənlərdən birinin də qardaş ölkə olacağını düşünür. Halbuki vəziyyət tam tərsinədir. Kərkük-Baniyas boru kəmərinin açılmasından Türkiyə nəinki zərər çəkəcək, əksinə, dünyanın əsas enerji tranzit ölkəsinə çevriləcək. Əvvəla, ona görə ki, vaxtilə fəaliyyət göstərsə də, Kərkük-Baniyas neft kəməri çoxdan köhnəlib və onun yenidən çəkilməsi lazımdır. Yeni xəttin çəkilməsi isə 30 ay vaxt aparacaq. Hardasa 2.5-3 il sonra aktiv fəaliyyətə başlaması proqnozlaşdırılan bu kəmərin özünə də alternativlər yaradılmalıdır. Əsas alternativ isə Kərkük-Ceyhan xəttidir. Təsadüfi deyil ki, elə həmin gün Kərkük-Ceyhan xəttinin də yenidən fəaliyyətə başlayacağı bildirildi.

İkinci ona görə ki, Hörmüz boğazı ilə gündə 20 milyon barrel neft və dünya qaz hasilatının 25%-i daşınırdı. Yuxarıda da qeyd etdiyimiz kimi, Kərkük-Baniyas neft kəməri ilə maksimum 2 milyon barrel neft daşına bilər ki, bu da Hörmüzlə daşınan neftin cəmi 10%-ni təşkil edəcək. Digər 90%-dən təbii ki, Türkiyəyə də önəmli pay düşəcək.

Kərkükdə gündə cəmi 330 min barrel neft hasil olunur. Kərkük-Ceyhan kəmərinin nəql potensialı isə 300-350 barrel/gündəlik həcmindədir. Başqa sözlə desək, Kərkükdə hasil olunan neftin daşınması üçün başqa kəmərə ehtiyac yoxdur. Aydındır ki, bu kəmər Fars körfəzinin digər ölkələrinin neftini daşımaq üçün çəkilir. Bəs bu ölkələr hansılar ola bilər?

Zənnimizcə, bu sualın cavabı 2024-cü ilin aprel ayında 4 körfəz ölkəsinin bağladığı bir sazişdə gizlənib. Həmin tarixdə İraq, Türkiyə, Qətər və BƏƏ “Qalxınma yolu” marşrutu üzrə əməliyyat çərçivəsini müəyyənləşdirən anlaşma memorandumu imzalamışdılar. Anlaşmaya görə, layihənin smeta dəyəri təxminən 17 milyard dollar olacaq və sənəddə nəzərdə tutulan öhdəliklər 2050-ci ilə qədər mərhələlərlə həyata keçiriləcək.

Sözsüz ki, 2050-ci ilə qədər hələ çox var və o vaxta qədər bəlkə də dünyanın enerji mənbələri dəyişəcək, beləcə, anlaşmada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyə də ehtiyac qalmayacaq. Amma hər halda Yaxın Şərqin bu 4 ölkəsi Hörmüz boğazını “by-pass” edən bir müqavilə imzalayıblar və bu istiqamətdə də bəzi addımlar atılıb.

Ehtimal olunan layihələrdən biri Küveytin Bəsrə-Hadisə (Anbar) xəttidir. Məlumata görə, bu boru kəmərinin uzunluğu 700 km olacaq və tam istifadəyə veriləndən sonra gündə 2.5 milyon barrel neft nəql edə biləcək. Bu isə hər gün Hörmüz boğazından daşınan neftin 10%-dən çoxunun nəqli deməkdir.

Düzdür, Bəsrə-Hadisə neft kəməri əsasən İordaniyanın Akabe limanına uzanacaq, amma layihədə Türkiyənin Ceyhan limanına neft nəql edilməsi də nəzərdə tutulub.

Hörmüz boğazına alternativ layihələr arasında Türkiyədən yan keçən variantlar da var. Onlardan biri Trans-Ərəbistan neft kəməridir (“TAPline”). Fars körfəzindən başlayıb Livanın Sidon limanına uzanan bu kəmər əslində çoxdan çəkilib. 1950–1976-cı illərdə tam gücüylə fəaliyyət də göstərib. 1975-ci ildə Livanda başlayan vətəndaş müharibəsi və 1979-cu ildə İran İslam İnqilabı nəticəsində əhəmiyyətini itirən bu kəmər 1983-cü ildə fəaliyyətini ciddi ölçüdə məhdudlaşdırdı və 1990-cı ildə isə tamamilə dayandı. Maraqlıdır ki, Livandakı vətəndaş müharibəsi də məhz 1990-cı ildə başa çatdı. Hər kəs bundan sonra “TAPlayn”ın yenidən fəaliyyətə keçəcəyini düşündüyü halda Livanın çiçəklənməsinə böyük töhfələr verən bu layihə bir daha işləmədi. Görünən bu idi ki, Livan vətəndaş müharibəsi də “TAPlayn”ın bağlanması üçün imiş.

Boru kəmərinin ilkin ötürmə gücü gündə 300.000 barrel (48.000 m3/gün) (bpd) idi və bir neçə nasos stansiyasının əlavə edilməsi ilə maksimum nəql imkanı təxminən 500.000 barrel/gündəlik (79.000 m3/gün) səviyyəsinə çata bilərdi.

Zənnimcə, Livanın Hizbullah məsələsi həll olunduqdan sonra bu kəmər yenidən işləmək imkanı qazanacaq.

Səudiyyə Ərəbistanının Hörmüz boğazına alternativ olan digər təchizat xətləri də var. Bunlardan biri Fars körfəzindən Qırmızı dənizə təxminən 750 mil (təxminən 1200 km) uzunluğunda olan Şərq-Qərb boru kəməri xam nefti körfəz sahilindəki Abqaiq bölgəsindən qərbdəki Yanbu limanına nəql edir. Genişləndirmə işlərindən sonra onun gündəlik tutumu 7 milyon barrelə qədər artırılıb. Hörmüz boğazındakı risklərə görə milli neft şirkəti “Aramko” bu boru kəməri vasitəsilə Asiya bazarı müştərilərinə tədarükləri Qırmızı dənizə köçürüb.

Abqaiq-Yanbu Təbii Qaz Mayeləri (NGL) Boru Kəməri: Neftdən əlavə, neft-kimya sənayesi üçün vacib olan təbii qaz mayeləri də ona paralel boru kəməri vasitəsilə Hörmüz boğazından yan keçərək Qırmızı dəniz limanlarına nəql olunur.

İraq-İordaniya-Səudiyyə Ərəbistanı Birgə Boru Kəməri: Gündəlik tutumu 2,25 milyon barrel olan bu boru kəməri layihəsi İraqın cənubundan Bəsrə neftini Səudiyyə Ərəbistanının Hədisə bölgəsi vasitəsilə İordaniyadakı Aqaba limanına birləşdirməyi hədəfləyir və regional təchizat təhlükəsizliyi üçün alternativ şəbəkə yaradır.

Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 10 milyon barreldir, Ər-Riyad bu kəmərlər vasitəsilə əslində indidən öz problemini həll etmiş kimi görünür.

Hörmüzü yan keçən bir başqa kəmər BƏƏ-yə aiddir. Həbshan-Füceyrə Neft Boru Kəməri (ADCOP): Əbu Dabinin cənub-qərbindəki Həbshan neft yataqlarından başlayan bu boru kəməri Hörmüz boğazını tamamilə yan keçərək, gündəlik 1,8 milyon barrel neft ötürmə gücünə malik Füceyrə terminalına qədər uzanır. Bu boru kəməri BƏƏ-nin ən vacib xilasetmə xəttidir və Hörmüz boğazı bağlananda xam nefti qlobal bazarlara fasiləsiz ixrac etməyə imkan verir.

Yeni Qərb-Şərq Boru Kəməri Layihəsi (Qərb-Şərq 1): Əbu-Dabi vəliəhd şahzadəsi Şeyx Xalid bin Məhəmməd bin Zayedin göstərişlərindən sonra dövlət neft şirkəti ADNOC mövcud boru kəmərinə paralel olaraq işləyəcək bu yeni layihəni sürətləndirib. 2027-ci ilə qədər tamamlanması planlaşdırılan bu boru kəməri Hörmüz boğazını keçərək BƏƏ-nin neft ixracat gücünü ikiqat artıracaq və gündə 3,6 milyon barrelə çatacaq.

“Middle East Eye”nin məlumatına görə, BƏƏ gündə 3.8 milyon barrel neft hasil edir. Ölkənin OPEK-ə verdiyi hesabatda da bu rəqəm öz əksini tapıb və onun 2020-ci ildən bəri ən yüksək göstərici olduğu vurğulanır. Qısası, BƏƏ-nin də Hörmüz boğazı bağlanarsa, dərd çəkmək üçün heç bir bəhanəsi yoxdur.

Göründüyü kimi, körfəz ölkələrinin böyük əksəriyyəti Hörmüzsüz yaşamağa çoxdan hazırdır. Yerdə qalan Qətər, Bəhreyn kimi ölkələr də ya “Qalxınma yolu”, ya da Səudiyyə Ərəbistanı və ya BƏƏ-nin təklif etdiyi marşrutlar üzrə öz neftini, qazını ixrac edə biləcək. İran isə belə görünür ki, öz sevimli Hörmüz boğazı ilə baş-başa qalacaq”.

Ekspertin fikrincə, ABŞ buna görə İrana ağır və bahalı hücum həyata keçirmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 İyul 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see298

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see277

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see272

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see265

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see264

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see264

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see246

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see245

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see242

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see242

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see237

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see234

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see230

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see217

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see210

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see199

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see183

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see181

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri