Hörmüzdən yan keçən layihə İran məhv edilir
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın Hörmüz boğazı ilə bağlı hoqqalarından sonra dünyanın güc mərkəzləri bu boğazdan yan keçən (by pass) alternativ layihələr barədə düşünürlər. Əsas alternativlərdən biri də IMEC projesidir. Oman körfəzindən başlayıb BƏƏ, Səudiyyə Ərəbisitanı, İordaniya üzərindən keçərək İsrailə, ordan isə dəniz yolu ilə Yunanıstana açılan bu proje həyata keçirilərsə, İranın neft və qaz ixracatı tamamilə dayandırılacaq.
Axar.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib.
“Bundan əlavə, Bab əl-Məndəb boğazına da ehtiyac qalmayacaq. Nəticədə İranla yanaşı Yəmən də öz strateji əhəmiyyətini itirəcək. Dünya dövlətləri isə yeni ticarət marşrutu qazanacaq. Yəni olan İrana və onun proksi qüvvəsi sayılan Husilərə olacaq. Ən çox qazananlardan biri isə İsrail olacaq.
İran rəsmiləri bunu bilmirlərmi? Mən bilirəmsə, deməli, onlar da bilirlər. Buna baxmayaraq, öz ayaqlarına sıxırlar”, - politoloq vurğulayıb.
Qeyd edək ki, İran Hörmüz boğazından keçməyə çalışan gəmilərə hücum etdiyi üçün ABŞ İrana zərbələri bərpa edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 09 İyul 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















