Hoteldə yeniyetmə ilə intim əlaqədə olan kişi həbs edildi
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda evdən qaçan yeniyetmə ilə hoteldə intim əlaqədə olan kişi həbs olunub.
KONKRET.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində baş verib. Bəyimxanım Xasıyeva (ad-soyadlar şərtidir) valideynləri ilə mübahisə etdikdən sonra evdən qaçıb. O, gecəni küçədə keçirən zaman 30 yaşlı Tariyel Cabbarovla tanış olub. Onlar həmin gün “Bəy” hotelində gecələməli olublar. Bu zaman kişi 2011-ci il təvəllüdlü məktəbli qızla qeyri-təbii yolla intim münasibətdə olub.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, Bəyimxanımın küçədə qaldığını öyrənəndən sonra xanım dostları ilə əlaqə saxlayıb və məktəbli qızı bir gecəlik öz evlərində qonaq etməsini istəyib. Bu zaman Nazilə adlı dostu ona hoteldə otaq götürməyi, özünün də gəlib onunla qalacağını bildirib. Bundan sonra “Bəy” hotelində tutulan otaqda içki məclisi qurulub. Bu zaman Bəyimxanımla Nazilənin içkili vəziyyətdə otaqda səs-küy salmaları digər qonaqları narahat etdiyindən polisə məlumat verilib və səs-küy salan qızlar polis bölməsinə aparılıb.
Məhkəmədə zərərçəkən şəxs qismində çıxış edən Bəyimxanım evdən getməsinin səbəbini ailəsinin mühafizəkar olduğu, telefon işlətməyə icazə vermədiyi, geyiminə müdaxilə etməsi ilə əlaqələndirib və valideynlərini cəzalandırmaq üçün evdən getdiyini bildirib. Əlavə edib ki, “Tariyel hoteldə qeydiyyatda keçdikdən sonra getdi, Nazilə ilə otağa qalxdıq. Müəyyən vaxtdan sonra Tariyeldən içki və siqaret alıb gətirməsini istədik. Bir müddət keçdikdən sonra Tariyel içki və siqaret ilə otağa gəldi. Birlikdə içki qəbul etdik. Yalnız ara-sıra Tariyellə yataqda olmağı xatırlayıram. Baş vermiş hadisə zamanı içkili vəziyyətdə olsam da, Tariyellə münasibətdə olmağı başa düşürdüm. Ondan şikayətçiyəm”.
Məhkəmənin qərarı ilə T.Cabbarov 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Ağagül Mürsəlov,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















