Icma.az
close
up
RU
Anasını hoteldə öldürməkdə ittiham edilən yeniyetmə “Məni həbs edin”

Anasını hoteldə öldürməkdə ittiham edilən yeniyetmə “Məni həbs edin”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İki gün əvvəl anasını hoteldə qətlə yetirməkdə ittiham olunan yeniyetmə məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 16 yaşlı A.Q barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Yeniyetmənin hüquqlarını müdafiə edən vəkil Nicat Mehtixanov müvəkkilinin yaşını nəzərə alaraq barəsində alternativ qətimkan tədbiri seçilməsini təklif etsə də, yeniyetmə özü hakimdən həbs edilməsini xahiş edib.

Müdafiəçi, həmçinin hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi iddialara da münasibət bildirib. Onun sözlərinə görə, baş verənlər ana ilə oğul arasında əvvəldən mövcud olan münaqişənin davamı olub: “Düzdür, hadisə geyimlə bağlı qısqanclıq mübahisəsi zəminində baş verib. Lakin iddia edildiyi kimi oğulun anasını əvvəldən təqib etməsi və digər deyilənlər həqiqətə uyğun deyil. Onlar elə həmin gün birlikdə Türkiyədən qayıdıblar. Günorta şəhərdə gəziblər, bazarlıq ediblər. Hotelə yerləşdikdən 1-2 saat sonra isə aralarında bir neçə il əvvəldən başlayan mübahisə yenidən davam edib. Nəticədə də sözügedən cinayət hadisəsi qeydə alınıb”.

N.Mehtixanov qətlin Binəqədi rayonunda yerləşən “Crossway” hotelində törədildiyini də təsdiq edib.

Qeyd edək ki, yeniyetmə ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir. Bu maddənin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur. Lakin qanunvericiliyə əsasən, 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq həbs cəzası təyin edilə bilməz.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Avqust 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri