Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Jurnalist Tural Yusifov Hövsan qəsəbəsində rastlaşdığı problemlə bağlı video paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, yaşadığı qəsəbənin yollarında yaranmış çoxsaylı çalaları sayan T.Yusifov 1.5 kilometrlik yolda 25-ə yaxın çalanın yarandığını deyib.
Hövsan-MİDA yolundakı vəziyyətlə bağlı narahatlığını ifadə edən jurnalist həmin çalaları zarafatla “dinozavr yuvası” adlandırıb və dövlət qurumlarına ritorik sual ünvanlayıb: “Görəsən Bakıda yağışla birgə nə yağır ki, yollar bu vəziyyətə düşür?!”
Qeyd edək ki, bir neçə gün davam edən intensiv yağışlardan sonra Bakının əksər küçə və prospektlərinin asfalt örtüyündə problemlər yaranıb. Paytaxtın inzibati ərazisinə daxil olan qəsəbələrdə bu problemlər daha çoxdur.
Baxış sayı:132
Bu xəbər 09 Aprel 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















