Hövsanda 6 yaşlı uşağı sükan arxasına keçirib lentə aldılar VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində azyaşlının avtomobil idarə etməsi ilə bağlı görüntü yayılıb.
Kadrdan göründüyü kimi, 90-MY-135 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobil azyaşlı tərəfindən idarə olunur. Avtomobilin sahibi bu anları mobil telefonla çəkərək sosial şəbəkə hesabında paylaşıb. O, videoya “Baxmayın, “Azsamand” sürürəm. Mən də milyonerəm, belə qardaşım oğlu var” qeydini əlavə edib.
İddialara əsasən, uşağın 6 yaşında olduğu bildirilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, nəqliyyat vasitəsinin idarə edilməsi yalnız müvafiq yaş həddinə çatmış və sürücülük vəsiqəsi olan şəxslərə icazə verilir. Azyaşlıların sükan arxasına buraxılması həm onların, həm də digər yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır və inzibati məsuliyyət doğurur.
Nərmin
Baxış sayı:108
Bu xəbər 24 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















