HP sədri: İnvestisiyalar üzrə statistik hesabatların təqdim olunmasında intizam problemləri var
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Apardığımız təhlillər göstərir ki, ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların hesabatlılığının təkmilləşdirilməsinə ehtiyac var. Dövlət büdcəsinin investisiya xərclərini statistik hesabatlardakı müvafiq göstəricilər ilə müqayisə etmişik. Təhlil əhəmiyyətli fərqlərin olduğunu göstərir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə büdcə müzakirələri zamanı deyib.
Bildirib ki, fərqlərin səbəblərini araşdırmağa çalışmışıq:
"Fərqlərin bir hissəsi metodoloji yanaşmalarla bağlı olsa da, digər hissəsi bəzi qurumların statistika hesabatlarının təqdim etmə intizamındakı problemlərindən irəli gəlir. Qeyd olunan hallar sonda ölkənin makroiqtisadi göstəricilərinin doğruluğuna da təsir etməkdədir. Hesab edirik ki, bu məsələ ilə bağlı müxtəlif dövlət orqanlarının fəaliyyətindəki əlaqələndirmə bir qədər də gücləndirilməlidir".
Süleyman
Bu mövzuda digər xəbərlər:HP sədri: İnvestisiyalar üzrə statistik hesabatların təqdim olunmasında intizam problemləri var
25 Noyabr 2024 21:09
Azərbaycan Oman İnvestisiyalar üzrə İşçi Qrupu yaradılır
08 Oktyabr 2025 17:46
Xarici investisiyalar artıb
24 May 2025 18:11
İnvestisiyalar və iqtisadi artım...
02 İyul 2025 23:41
Bu il investisiyalar azalıb...
11 Dekabr 2024 23:27
Baxış sayı:36
Bu xəbər 25 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















