Icma.az
close
up
RU
Bu il investisiyalar azalıb...

Bu il investisiyalar azalıb...

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14,4 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az investisiya yönəldilib. Rəsmi statistikaya əsasən neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,0 faiz azalmışdır. İstifadə olunmuş investisiyanın 7,3 milyard manatı və ya 50,8 faizi məhsul istehsalı sahələrinə, 5.162 milayrd manatı (35,9 faizi) xidmət sahələrinə, 1,9 milyard manatı (13,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 11,943 milyard manatını və ya 83 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 10,4 milyard manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Bunlarla yanaşı, Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 4,5 milyard dollar həcmində birbaşa xarici investisiya yatırılıb. O qeyd edib ki, Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar 1,4 milyard dollara (2023-cü ilin eyni dövründə 998 milyon dollar) bərabər olub. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə birbaşa investisiyalar 431 milyon dollar, Türkiyəyə 175 milyon dollar, Gürcüstana 96 milyon dollar, Birləşmiş Krallığa 87 milyon dollar və Özbəkistana 78 milyon dollar təşkil edib.

Aydın məsələdir ki, davamlı iqtisadi artıma nail olmaq üçün investisiya qoyuluşları mühüm amildir. Azəzrbaycanda daxili investisiyalar yüksək paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük həcmdə dövlət investisiyalarının yatırılması ilə əlaqədardır. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 19 milyard manat vəsait xərclənib. Bu il dövlət büdcəsindən bu sahəyə 5 milyar manat sərf olunub, 2025-ci ilin büdcəsində isə 4 milyard manat nəzərdə tutulub. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Regionda böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması əsas məqsədlərdir.

İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan yüzlərlə müraciət daxil olub.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri davam etdirilir, müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır.

Dövlət müxtəlif iqtisadi rıçaqlar vasitəsilə sahibkarlığın inkişafını dəstəkləyir. Belə institutlardan biri də artıq 30 ildir fəaliyyət göstərən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondudur. Fondun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır. 2024-cü ilin on ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 4724 layihənin maliyyələşdirilməsinə 188,2 milyon manat güzəştli kredit verilib. Bu ilin on ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Yelo Bank" ASC və "Aqrarkredit" QSC fərqlənib. Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Kapital Bank" ASC və "Yelo Bank" ASC daxildir. Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.

Hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri həyata keçirilir. Regionlarda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından belə sənaye məhəllələrinin əhəmiyyəti böyükdür.

Bunlarla yanaşı, sahibkarların kreditlərə, maliyyəyə olan təlabatları tam ödənilmir. İş adamlarının investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir.

Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilib. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına şərait yaradılıb ki bu da ölkədə sahibkarların sayının artmasına imkan verib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, “iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır”.

Bu arada özəlləşdirmənin əhatə dairəsi də genişləndirməli, iri və orta müəssisələr özəlləşdirməyə açılmalıdır. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə struktur islahatları davamlı xarakter daşımalıdır. Bu sahəyə investisiyaların cəlb olunması mühüm əhəmiyyət kəsb edir.

Mahir Həmzəoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Dekabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see377

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see252

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see246

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see233

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see223

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see215

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see214

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see214

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see208

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see207

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see206

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see196

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see192

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see189

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see175

Qobustanda yeni avtomobil körpüsü tikildi

27 İyul 2026 21:02see170

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see169

Təhlükəsizlik tədbirləri gücləndirildi "Azneft"

27 İyul 2026 12:21see169

“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib

27 İyul 2026 16:40see161

Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!

27 İyul 2026 20:44see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri