“Hücum xəttində problemlərimiz var” Rəşad Sadıqov
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la yoxlama oyunundan (3:1) sonra matç barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis uzun fasilənin komanda üçün müəyyən çətinliklər yaratdığını bildirib. O, milli komandada olan və zədəli futbolçuları nəzərə alaraq “Qarabağ”la yoxlama görüşünün keçirilməsini məqsədəuyğun saydıqlarını deyib:
“Fasilə bizim üçün uzun oldu. Belə uzun fasilələrə öyrəşməmişik. Milli komandaya gedən futbolçularımızı və zədəli oyunçularımızı nəzərə alaraq yoxlama oyunu keçirməyi qərara aldıq. Hər iki komanda oyuna istəklə yanaşdı. Əsas məqsədimiz “Şamaxı” ilə qarşılaşmaya hazırlaşmaq idi. Ümid edirəm ki, həmin oyunda yaxşı çıxış edib, bizim üçün vacib olan nəticəni əldə edəcəyik.
Qol imkanlarından istifadə baxımdan müəyyən problemlərimiz var. Amma bu gün hesab bizim üçün əsas deyildi. Hər iki hissəni 40 dəqiqə oynadıq. Təxminən 55-60 dəqiqəlik oyunumuz məni qane etdi. Sonrakı dəqiqələrdə isə futbolçularda yorğunluq hiss olundu.
Səkkiz əsas futbolçumuz komandada yox idi. Bu da bizim üçün ciddi problemdir. Təəssüf ki, bəzi oyunçularımızın komandaya qayıtması 2-3 ay çəkəcək. Bir neçə gün əvvəl məşqdə zədələnən Bayere Lounu da itirdik. O, iki ay meydanlardan kənarda qalacaq. Xüsusilə hücum xəttində problemlərimiz var”.
- Azərbaycan millisi Lixtenşteynlə heç-heçədən sonra ciddi tənqid olunur. Litva ilə vacib oyun öncəsi nə deyə bilərsiniz?
- Uzun illər milli komandada çıxış etmişəm. Qələbə olmayanda tənqidin olması normaldır. Lixtenşteynlə oyunda qol vurmaq üçün kifayət qədər imkanlarımız var idi. Bu fürsətlərdən yararlana bilməyəndə futbolçularda təzyiq və stress yaranır. Litva ilə qarşılaşma çox vacibdir. İnanıram ki, millimiz qarşıdakı iki oyunda qələbə qazanaraq qrupu birinci pillədə başa vura bilər.
- Sizcə, Ayxan Abbasov millinin baş məşqçisi vəzifəsində qalmalıdır?
- Mən Ayxan Abbasova sona qədər inanıram. Lixtenşteynlə oyun uğursuz günümüzə təsadüf etdi. Komanda mübarizə apardı, oynamağa çalışdı, sadəcə nəticə alınmadı. İnanıram ki, növbəti oyunlarda nəticə baxımından vəziyyət tamamilə fərqli olacaq.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 Oktyabr 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















