Icma.az
close
up
RU
Hücumdan öncə kəşfiyyat həmlələri: Məqsəd bu ölkənin ilhaqıdır

Hücumdan öncə kəşfiyyat həmlələri: Məqsəd bu ölkənin ilhaqıdır

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

İtaliyada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilib. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının (Aİ) ali nümayəndəsi təhlükəsizlik məsələləri, münaqişə zonalarındakı vəziyyət və Yaxın Şərqlə artan gərginliyi müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, toplantıda əsas mövzu Rusiya-Ukrayna müharibəsi olub:

“Bu səbəbdən toplantıya Ukrayna xarici işlər naziri Andrey Sibiqa da dəvət edilib. Ukraynanın baş diplomatı ölkəsinə verilən dəstəyə görə müttəfiqlərə minnətdarlığını bildirib və onları Rusiyanın işğalı qarşısında həmrəy olmağa çağırıb. Sibiqa həmkarlarının diqqətini Rusiyanın müharibəni genişləndirmək üçün atdığı son addımlara, Şimali Koreya qoşunlarının bölgədə yerləşdirilməsinə, Ukraynanın nüvə enerji obyektlərinə zərbələrin endirilməsinə və ortamənzilli ballistik raketlərin tətbiqinə yönəldib. Sibiqa Ukraynaya dəstəyin xeyriyyəçilik olmadığını, Avroatlantik birliyə və dünyanın təhlükəsizliyinə ən yaxşı sərmayə olduğunu söyləyib.

Ukraynanın xarici işlər naziri Rusiya-Şimali Koreya ittifaqı üzərində xüsusi dayanıb. Onun sözlərinə görə, bu ittifaq təkcə Avropa yox, Avropanın Asiyadakı tərəfdaşlarına da təhlükə yaradır. Çünki Pxenyan Rusiyaya verdiyi hərbi dəstək qarşılığında Kreml Şimali Koreyanın Cənubi Koreya, Yaponiya və ABŞ-la qarşıdurmasına əməli dəstək verəcək. Bu isə Hind-Sakit okean bölgəsində vəziyyəti gərginləşdirəcək. Sibiqa Avropa və Hind-Sakit okean bölgəsinin təhlükəsizliyinin bir-birinə sıx bağlı olduğunu bildirib.

Ukrayna xarici işlər nazirinin xüsusi olaraq bu mövzuya diqqət yetirməsinin məqsədi aydındır. Şimali Koreyanın Rusiyaya on minlərlə hərbçi göndərməsi Ukraynada müharibənin miqyasını genişləndirəcək və problemi qloballaşdıracaq. “Böyük Yeddilik” Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsini tənqid etsə də, üzv ölkələr Ukraynaya hərbçi göndərmək fikrində deyillər.

ABŞ və Avropanın Çindən gözləntiləri var ki, Pekin Şimali Koreya ilə yaxınlığından istifadə edərək, bu dövləti Rusiyaya hərbçi göndərmək fikrindən daşındıracaq. Ancaq Pekinin bu məsələyə qarışmaq fikri yoxdur. Əksinə, Çin Rusiya-Ukrayna müharibəsinin qlobal miqyas almasından istifadə edərək, bölgədəki hədəflərinə çatmaq istəyir. Bu hədəflərdən ən başlıcası Tayvanı Çinə birləşdirməkdir”.

Təhlildə vurğulanır ki, Çin hərbi təyyarələri və gəmiləri Tayvan ətrafında patrul xidmətini davam etdirirlər:

“Tayvan rəhbərliyi iddia edir ki, Çin kəşfiyyat məqsədilə adaya hava şarları buraxıb. Pekin Tayvanın hava şarları ilə bağlı iddialarını rədd edərək, onların meteoroloji məqsədlər üçün istifadə olunduğunu açıqlayıb. Bu fakt ötən il də qeydə alınmışdı. ABŞ-ın hava məkanında Çinə məxsus kəşfiyyat şarları vurulmuşdu.

Beləliklə, “Böyük Yeddilik” həm Avropa və Asiya qitəsinin təhlükəsizlik problemlərini düşünməli, həm də Yaxın Şərqdə qarşıdurmanın dayandırılmasına çalışmalıdır. Vaşinqtonun vasitəçiliyi ilə İsraillə Livan hökuməti arasında nisbi atəşkəs barədə razılıq əldə olunsa da, bu, qarşıdurmanın sonu deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Noyabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri