Icma.az
close
up
RU
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 iyun, AZƏRTAC

Müasir İncəsənət Muzeyində rəssam Tural Moyufovun “HÜDUD” adlı sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə müəllifin fiziki, emosional və bədii sərhədlər mövzusunu araşdırdığı 17 rəngkarlıq əsəri nümayiş etdirilir. Rəssam bu əsərlərdə forma və qavrayışın transformasiyası proseslərinə öz baxışını təqdim edir.

Sərginin açılışında layihənin kuratoru Samirə Səfi bildirib ki, ekspozisiya Müasir İncəsənət Muzeyi və “BARZA Collection”ın dəstəyi ilə təşkil olunub.

O, layihəyə göstərilən marağa görə tədbir iştirakçılarına və qonaqlara təşəkkür edib, belə təşəbbüslərin müasir incəsənət prosesinin inkişafı və mədəni dialoqun genişlənməsində əhəmiyyətini vurğulayıb.

Sərginin müəllifi Tural Moyufov da öz növbəsində bu layihəni həyata keçirmək imkanı yaratdığına görə Müasir İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, həmçinin sərginin kuratoru Samirə Səfiyə və ekspozisiyanın hazırlanmasında iştirak edən bütün komandaya peşəkar fəaliyyətlərinə və hərtərəfli dəstəyə görə təşəkkür edib.

T.Moyufov yaradıcılıq yolundan danışarkən qeyd edib ki, bu yol heç vaxt asan olmur: “Bəzən uzun müddət çalışır, yaradır, yeni formalar və mənalar axtarır, tərəddüd edir və əməyimizin nəticələrini dərhal görə bilmirik. Bəzən elə gəlir ki, səylərimiz diqqətdən kənarda qalır. Ancaq yanımızda olan insanlar bu prosesi hiss edir, onun dəyərini anlayır və bizə dəstək göstərirlər. Məhz belə insanların sayəsində rəssam irəliləmək və yaradıcılığını davam etdirmək üçün güc tapır”.

Tural Moyufovun əsərlərində insan fiquru konkret obraz kimi deyil, daxili gərginliyin cəmləşdiyi məkan kimi təqdim olunur. Burada bədən nə hansısa hekayə danışır, nə də birmənalı psixoloji yozuma tabe olur və mənanın sabit forma qazanmasına imkan vermir. O, tanınma ilə dağılma, jestlə rəng ləkəsi, daxili impulsla plastik forma arasında yerləşən sərhəd vəziyyətlərində mövcuddur.

Sərginin adı olan “HÜDUD” hədd və sərhəd anlayışlarına işarə edir. Lakin söhbət hansısa ayırıcı xətdən deyil, formanın öz sabitliyini itirdiyi və eyni zamanda yeni güc qazandığı vəziyyətdən gedir.

Rəssamı bədənin birbaşa mənasında qavranılmaqdan çıxaraq müstəqil rəngkarlıq strukturuna çevrildiyi məqam maraqlandırır. Bu kontekstdə deformasiya dağıdıcı jest kimi deyil, formanın öz mahiyyətini və bütövlüyünü qoruyub saxlayaraq sərhədlərini nə qədər genişləndirə biləcəyini araşdıran bədii metod kimi çıxış edir.

Müxbir – Günel Alıyeva

Foto – Orxan Kərimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri