Icma.az
close
up
RU
Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 iyun, AZƏRTAC

Tural Möyüfovun əsərlərində məni ilk növbədə onun insan fiquruna xüsusi yanaşması cəlb edib. Onun rəngkarlığında insan fiquru sadəcə bədənin təsviri və ya müəyyən süjetə daxil edilmiş personaj kimi çıxış etmir. Əksinə, fiqur daxili gərginliyin, hərəkətin və davamlı transformasiyanın məkanına çevrilir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində “HÜDUD” sərgisinin kuratoru Samirə Səfi danışıb.

“Turalın rəngkarlığında məni maraqlandıran onun tanınanla abstraktın qovşağında mövcud olmasıdır. Bir tərəfdən biz hələ də insan bədənini görür və onun varlığını hiss edirik. Digər tərəfdən isə forma parçalanmağa, yerini dəyişməyə və anatomik dəqiqliyin sərhədlərindən kənara çıxmağa başlayır. Məhz bu qeyri-sabitlik, əsərlərinin plastik enerjisi və daxili dinamikası sərgi layihəsini formalaşdırarkən mənim üçün başlanğıc nöqtəsi oldu”, – deyə kurator bildirib.

Sərginin konsepsiyasından danışan Samirə Səfi vurğulayıb ki, onun əsasını sərhəd anlayışının keçid və dəyişimin xüsusi məkanı kimi dərk edilməsi təşkil edir.

“HÜDUD” adının özü müəyyən bir hədd anlayışına işarə edir. Lakin söhbət bir şeyi digərindən ayıran sərt xətdən deyil, formanın eyni zamanda həm sabitliyini itirdiyi, həm də yeni imkanlar qazandığı keçid vəziyyətindən gedir”, – deyə o bildirib.

Kuratorun sözlərinə görə, Tural Möyüfovun əsərlərində insan bədəni məhz fiqurla abstraksiya, sabitliklə parçalanma, daxili impulsla rəngkarlıq forması arasında mövcuddur.

“Mənim üçün vacib olan onun əsərlərində deformasiyanın dağıntı kimi təqdim edilmədiyini göstərmək idi. Əksinə, bu, formanın sərhədlərini araşdırmaq üsulu, onun öz mövcudluğunu və ifadəliliyini qoruyub saxlayaraq nə dərəcədə dəyişə biləcəyini anlamaq cəhdidir”, – deyə S.Səfi vurğulayıb.

O, həmçinin qeyd edib ki, sərgi yalnız insan bədəni mövzusuna toxunmur, eyni zamanda rəngkarlığın öz imkanlarını da üzə çıxarır.

“Bu layihə təsvirin qavrayışın adi çərçivələrindən çıxaraq öz qanunları ilə mövcud olan müstəqil plastik ifadəyə çevrildiyi məqamdan bəhs edir”, – deyə həmsöhbətimiz əlavə edib.

Müxbir – Günel Alıyeva

Foto – Orxan Kərimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 04:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri