Icma.az
close
up
RU
Hulusi Kılıç: Azərbaycan Avrasiyada dialoqun əvəzolunmaz iştirakçısına çevrilib

Hulusi Kılıç: Azərbaycan Avrasiyada dialoqun əvəzolunmaz iştirakçısına çevrilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 31 avqust, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində beş türk dövlətinin liderinin iştirakı Bişkekdə müzakirə olunacaq gündəmə xüsusi əhəmiyyət verəcək.

Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Sabiq səfir beynəlxalq arenada ŞƏT-ə marağın artmasına diqqət çəkərək, 1996-cı ildə təşkilatın təməlini cəmi beş dövlətin qoyduğunu xatırladıb.

H.Kılıç Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə keçiriləcək tədbirlərdə iştirakının əhəmiyyətini qeyd edib, Bakının xarici siyasətinin, ŞƏT ölkələri ilə qarşılıqlı fəaliyyətin töhfə verdiyi istiqamətlərini diqqətə çatdırıb.

“Azərbaycan bu gün Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Bakının bu dövlətlərlə növbəti ümumi platformada təmsil olunması, şübhəsiz ki, qarşılıqlı fəaliyyət formatını stimullaşdırır”, - deyə Türkiyənin sabiq səfiri qeyd edib.

Onun sözlərinə görə, ŞƏT sammitində müzakirələrin mühüm mövzularından biri Avrasiyada, o cümlədən Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi üzrə nəqliyyat-logistika kommunikasiyalarının inkişafı olacaq.

“ŞƏT platforması Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bu isə Azərbaycanla Türkiyənin töhfəsi və dəstəyi olmadan mümkün deyil. Azərbaycanın regionda nüfuzunun artması Bakını Avrasiyada dialoqun əvəzolunmaz iştirakçısına çevirib. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Bişkekdə keçiriləcək sammitdə iştirakı iki qardaş ölkənin xarici siyasət kurslarının bir-birini tamamladığını göstərir”, - deyə İMZA birliyinin nümayəndəsi əminliyini ifadə edib.

Sabiq səfir Bişkekdə keçiriləcək müzakirələrin Ankara və Bakı üçün yalnız ŞƏT ölkələri ilə dialoq imkanı deyil, həm də Türk dünyasının geosiyasi əlaqələr platformasının möhkəmləndirilməsinə töhfə olacağını vurğulayıb.

Bununla yanaşı, o, Türkiyə liderinin ŞƏT-in ikigünlük müzakirələrində iştirakını NATO, Avropa İttifaqı və ümumilikdə Qərblə əməkdaşlığa paralel olaraq Türk dünyası və Avrasiyanın digər ölkələri ilə dialoqu inkişaf etdirən Ankaranın çoxvektorlu diplomatiyasının göstəricisi adlandırıb. “Türkiyə üçün ŞƏT sammiti ikitərəfli və çoxtərəfli əsasda diplomatik əlaqələri dərinləşdirmək imkanıdır”, – deyə H.Kılıç qeyd edib.

Türkiyənin sabiq səfirinin fikrincə, ŞƏT sammiti həm də qlobal siyasətdə çoxqütblülüyə üstünlük verilən və beynəlxalq münasibətlərin mərkəzi oxu kimi Qərbə yönəlməkdən imtina edilən yeni reallıqların nümayişidir.

“ŞƏT yalnız müasir dövrün çağırış və təhdidlərinin müzakirə formatı deyil, həm də Avrasiyada yeni əlaqələrin qurulması üçün platformadır. Türkiyə prizmasından söhbət Şərqlə yaxınlaşmadan gedir, lakin bu, Qərblə dialoqa zərər gətirməməlidir. Azərbaycan üçün prioritet geosiyasi nüfuzunu artırmaqdır”, – deyən H.Kılıç fikirlərini yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Avqust 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri