2026 cı ildən etibarən universitetləri süni intellekt qiymətləndirəcək
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"2026-cı ildən etibarən ali təhsil müəssisələrinin keyfiyyət göstəricilərini süni intellekt qiymətləndirəcək".
Oxu.Az xəbər verir ki, bunu "Times Higher Education"da (THE) Davamlılığa Təsir Reytinqləri üzrə məlumatların çatdırılması meneceri Klara Spustrk Bakıda keçirilən Avrasiya Universitetləri Sammitinin ikinci günündə çıxışı zamanı deyib.
O bildirib ki, LLM (Large Language Model - Böyük Dil Modeli) tərəfindən nəzərdən keçirilə bilməyən, əlçatan olmayan sübutlar işarələnərək insan təşkilatlarına göndəriləcək:
"Əlçatan olmayan sübutlar dərhal rədd edilməyəcək. Onlar hər halda insanlar tərəfindən nəzərdən keçiriləcək. İnsanlar eyni qaydalara riayət edəcəklər ki, sivilizasiyalar arasında ardıcıllıq təmin olunsun. Bütün sübutlar özlüyündə tam olmalıdır. Əvvəlki dövrlərdə bəzi universitetlər sübutu sadəcə link və ya içində çoxlu keçid olan veb-səhifə şəklində təqdim etmişdi. Bu cür sübut rədd ediləcək, çünki göstəriciləri dəstəklədiyini göstərən əlavə məlumat təqdim etmir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Sentyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















