Icma.az
close
up
RU
Humanitar dəyərlər müstəvisində Azərbaycanın beynəlxalq mövqeyi ŞƏRH

Humanitar dəyərlər müstəvisində Azərbaycanın beynəlxalq mövqeyi ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya siyasətində gərginliklərin artdığı, geosiyasi qarşıdurmaların daha mürəkkəb xarakter aldığı indiki mərhələdə dövlətlərin xarici siyasətində humanitar dəyərlərə istinad etməsi xüsusi önəm daşıyır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimində səsləndirdiyi fikirlər müasir beynəlxalq gündəmin mühüm aspektlərinə toxunmaqla yanaşı, ölkəmizin qlobal məsuliyyətini aydın şəkildə ortaya qoyur.

Prezident İlham Əliyev çıxışında diqqəti ona yönəldib ki, davamlı sülh və təhlükəsizlik yalnız siyasi və hərbi alətlər hesabına təmin edilə bilməz. Humanitar prinsiplər, mənəvi dəyərlər və insan həmrəyliyi beynəlxalq münasibətlər sisteminin vacib dayaqlarından biri olmalıdır. Bu yanaşma Azərbaycanın xarici siyasət kursunda formalaşan yeni fəlsəfəni əks etdirir və ölkəmizin beynəlxalq münasibətlərdə daha geniş məsuliyyət daşıdığını göstərir.

Dövlət başçısı çıxışında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın mahiyyətinə toxunaraq, bu təşəbbüsün qlobal miqyasda parçalanma və qarşıdurma meyillərinə qarşı mühüm ideoloji platforma olduğunu vurğulayıb. Mədəni və dini zəmində gərginliklərin artdığı bir dövrdə bu kimi təşəbbüslər qarşılıqlı anlaşmanı təşviq edən təsirli vasitə kimi çıxış edir. Azərbaycanın bu platformada iştirakı isə ölkəmizin humanitar diplomatiya sahəsində artan rolunu nümayiş etdirir.

Çıxışda Azərbaycanın multikultural dəyərlərə əsaslanan inkişaf modeli də xüsusi yer tutub. Prezident İlham Əliyev tolerantlıq və birgəyaşayış ənənələrini yalnız daxili sabitliyin elementi kimi deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq üçün uğurlu təcrübə nümunəsi kimi təqdim edib. Bu, Azərbaycanın qlobal dəyərlər sistemində passiv müşahidəçi deyil, fəal təşəbbüskar kimi çıxış etdiyini göstərir.

Xüsusi diqqət çəkən məqamlardan biri insan qardaşlığı anlayışının beynəlxalq təhlükəsizlik kontekstində təqdim olunmasıdır. Dövlətimizin başçısının vurğuladığı kimi, uzunmüddətli sabitlik təkcə güc balansı və siyasi razılaşmalar üzərində deyil, qarşılıqlı etimad və mənəvi məsuliyyət əsasında formalaşmalıdır. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə daha inklüziv və normativ mövqeyə üstünlük verdiyini təsdiqləyir.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərə də toxunaraq, bu əməkdaşlığı regionlararası dialoqun uğurlu nümunəsi kimi dəyərləndirib. Humanitar və mədəni sahələrdə əməkdaşlığın ön plana çəkilməsi iki ölkənin beynəlxalq gündəmdə oxşar dəyərlərə əsaslandığını göstərir.

Nəticə etibarilə, Əbu-Dabidə səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətinin humanitar ölçülərini aydın şəkildə ortaya qoyur. Bu çıxış sübut edir ki, Azərbaycan beynəlxalq arenada yalnız milli maraqlara söykənən deyil, eyni zamanda dəyərlərə əsaslanan, məsuliyyətli və proqnozlaşdırılan dövlət kimi çıxış edir.

İlahə Qurbanova

YAP Samux rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Fevral 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri