Bloomberg : Avropa üçlüyü Moskvada Rusiya ilə dialoq imkanını müzakirə edir
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Fransa, Almaniya və Böyük Britaniya (E3 ölkələri, "Avropa üçlüyü") Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə qitənin mövqeyini müəyyən etmək üçün Moskvada Rusiya diplomatik komandası ilə görüş keçirmək imkanını müzakirə edir.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, üç ölkədən birinin milli təhlükəsizlik üzrə müşaviri görüşü təşkil etmək məqsədilə son günlərdə Rusiya Federasiyası Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovla danışıqlar aparıb. Uşakov görüşün Moskvada keçirilməsini təklif edib.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynadakı müharibəni müzakirə etmək və Avropanın mövqeyini müəyyənləşdirmək üçün avropalı nümayəndələri dəvət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Noyabr 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















