Icma.az
close
up
RU
Humanitar həmrəylikdən strateji tərəfdaşlığa doğru ŞƏRH

Humanitar həmrəylikdən strateji tərəfdaşlığa doğru ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu təkcə siyasi bəyanatlarla deyil, real addımlar və konkret təşəbbüslərlə ölçülür. Azərbaycan son illərdə məhz bu praqmatik və məsuliyyətli yanaşma ilə seçilərək həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş imicini möhkəmləndirib. Xüsusilə münaqişələrə yanaşmada nümayiş etdirdiyi prinsipial mövqe və humanitar təşəbbüslər ölkəmizin xarici siyasətinin əsas prioritetlərini aydın şəkildə ortaya qoyur. Bu kontekstdə Azərbaycan–Ukrayna münasibətləri diqqəti cəlb edən mühüm əməkdaşlıq istiqamətlərindən biridir. Uzun illər ərzində formalaşmış siyasi dialoq bu gün özünü daha çox praktik sahələrdə — humanitar yardım, enerji təhlükəsizliyi, bərpa-quruculuq və təhlükəsizlik kimi strateji istiqamətlərdə göstərir. Bu münasibətləri fərqləndirən əsas cəhət isə onun yalnız formal tərəfdaşlıq çərçivəsində qalmaması, real ehtiyaclara cavab verən əməkdaşlıq modelinə çevrilməsidir. Azərbaycan uzun illər müharibə şəraitində yaşamış bir ölkə kimi bu cür münaqişələrin doğurduğu ağır nəticələri dərindən anlayır. Məhz bu təcrübə ölkəmizin müharibədən zərər çəkmiş xalqlara münasibətində özünü aydın şəkildə göstərir. Ukraynaya göstərilən humanitar dəstək də bu yanaşmanın bariz nümunəsidir. Dağıdılmış sosial obyektlərin bərpası, tibbi ləvazimatların göndərilməsi, enerji təminatına dəstək, kritik məqamlarda yanacaq yardımı kimi addımlar Azərbaycanın söz yox, əməl sahibi olduğunu nümayiş etdirir. Humanitar istiqamətdə həyata keçirilən təşəbbüslər arasında ukraynalı uşaqların və gənclərin Azərbaycanda reabilitasiyası xüsusi yer tutur. Müharibənin ən ağır təsirinə məruz qalan uşaqların psixoloji və sosial dəstəyə cəlb olunması yalnız humanist addım deyil, eyni zamanda uzunmüddətli sabitliyə hesablanmış siyasətin tərkib hissəsidir. Bu təşəbbüslər xalqlar arasında etimadı gücləndirir və münasibətlərin sosial əsaslarını möhkəmləndirir. Eyni zamanda, Azərbaycan–Ukrayna əməkdaşlığı təkcə humanitar sahə ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi bu münasibətlərdə əsas strateji istiqamətlərdən biri kimi çıxış edir. Azərbaycanın zəngin enerji resursları və alternativ enerji potensialı Ukraynanın enerji siyasətinə mühüm töhfə verə bilər. Bu əməkdaşlıq daha geniş kontekstdə Avropanın enerji təhlükəsizliyinə də təsir göstərərək Azərbaycanın rolunu artırır. Digər mühüm istiqamətlərdən biri mina təmizlənməsi sahəsidir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı minatəmizləmə işləri Azərbaycana unikal təcrübə qazandırıb. Bu təcrübənin Ukrayna ilə paylaşılması həm humanitar baxımdan əhəmiyyətlidir, həm də praktik əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan yaradır. Bərpa və yenidənqurma sahəsində də Azərbaycan son illərdə ciddi nailiyyətlər əldə edib. Qısa müddətdə geniş infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin bu istiqamətdəki potensialını göstərir. Bu təcrübə Ukraynanın müharibədən sonrakı bərpa prosesində faydalı olmaqla yanaşı, iqtisadi əməkdaşlıq üçün də yeni imkanlar açır. Bütün bu istiqamətlər göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri artıq ənənəvi siyasi dialoq çərçivəsindən çıxaraq daha çox praktik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinə çevrilib. Bu model həm iqtisadi inteqrasiyanı sürətləndirir, həm də hər iki ölkənin regional və beynəlxalq mövqelərini möhkəmləndirir. Eyni zamanda Azərbaycan xarici siyasətində balanslaşdırılmış və müstəqil xəttə sadiq qalır. Ölkəmiz heç bir münaqişədə tərəf kimi çıxış etmir və bütün problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllini dəstəkləyir. Bu yanaşma Azərbaycanın həm etibarlı tərəfdaş, həm də potensial dialoq platforması kimi rolunu gücləndirir. Nəticə etibarilə, Azərbaycan–Ukrayna münasibətləri humanitar həmrəylik, strateji əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurulan çoxşaxəli tərəfdaşlıq modelidir. Bu model gələcəkdə daha da dərinləşərək yeni imkanlar və perspektivlər vəd edir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri