Icma.az
close
up
RU
Azərbaycanla Suriya arasında enerji əməkdaşlığı: humanitar dəstəkdən strateji tərəfdaşlığa doğru

Azərbaycanla Suriya arasında enerji əməkdaşlığı: humanitar dəstəkdən strateji tərəfdaşlığa doğru

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Qlobal enerji böhranlarının, regional münaqişələrin və infrastruktur çatışmazlıqlarının dərinləşdiyi bir dövrdə enerji amili artıq təkcə iqtisadi inkişaf göstəricisi deyil, həm də humanitar sabitliyin və siyasi etimadın əsas şərtlərindən birinə çevrilib. Məhz bu kontekstdə Azərbaycanın Yaxın Şərq regionunda, xüsusilə də ötən il yeni tərəfdaş kimi formalaşmağa başlayan Suriya ilə enerji sahəsində əməkdaşlığı xüsusi diqqət çəkir. Rəsmi Bakının Suriyanın elektrik enerjisi çatışmazlığının aradan qaldırılmasına verdiyi töhfə Azərbaycanın məsuliyyətli enerji siyasətinin və humanitar yanaşmasının növbəti təzahürüdür.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan uzun illərdir enerji resurslarını yalnız kommersiya mənfəəti kimi deyil, siyasi dialoq və regional sabitlik vasitəsi kimi dəyərləndirir və Suriyaya göstərilən enerji dəstəyi də bu strategiyanın məntiqi davamıdır: “Uzunmüddətli müharibə və sanksiyalar səbəbindən ciddi enerji böhranı yaşayan Suriyada elektrik enerjisi çatışmazlığı sosial həyatın iflicinə səbəb olan əsas problemlərdən biridir. Azərbaycanın bu ölkəyə enerji sahəsində yardım göstərməsi, ilk növbədə humanitar xarakter daşısa da, eyni zamanda iki ölkə arasında etimada əsaslanan yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur.

Azərbaycanın bu cür regional təşəbbüsləri həyata keçirməsinə imkan verən əsas amil onun güclənən enerji potensialıdır. 2025-ci ildə ölkədə qaz hasilatı 50,8 milyard kubmetr, ixrac isə 25,2 milyard kubmetr təşkil edib. Azərbaycan qazı hazırda 11 ölkəyə satılır və bu siyahıya ilk dəfə olaraq Suriya da daxil edilib. Bu fakt Azərbaycanın Yaxın Şərq regionunda enerji aktoru kimi mövqeyinin genişləndiyini açıq şəkildə nümayiş etdirir”.

Nicat İsmayılov

Nicat İsmayılov vurğulayıb ki, Gürcüstan və Türkiyə kimi strateji tərəfdaşlardan başlayaraq Bolqarıstan, Serbiya, Şimali Makedoniya, Macarıstan, Rumıniya, Yunanıstan, İtaliya və Ukraynaya qədər uzanan ixrac coğrafiyası Azərbaycanın enerji diplomatiyasının nə qədər çevik və çoxşaxəli olduğunu göstərir: “2026-cı ildən etibarən Almaniya və Avstriyaya qaz ixracının başlanması isə qaz alan ölkələrin sayını 16-ya çatdıracaq ki, bu da Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək”.

Politoloqun fikrincə, Suriyaya enerji dəstəyinin sırf iqtisadi mənfəət prizmasından deyil, strateji və siyasi baxımdan qiymətləndirilməsi daha doğru olar: “Azərbaycan bu addımı ilə post-münaqişə dövründə olan ölkələrin bərpasına töhfə verən, regionda sabitliyə xidmət edən məsuliyyətli dövlət imicini möhkəmləndirir. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın Yaxın Şərqdə siyasi və diplomatik əlaqələrini genişləndirən yeni platforma yaradır.

Enerji sahəsində əməkdaşlıq, xüsusilə elektrik enerjisi çatışmazlığının azaldılması istiqamətində atılan addımlar, Suriyada sosial-iqtisadi vəziyyətin stabilləşməsinə müsbət təsir göstərir. Bu isə Azərbaycanın beynəlxalq arenada humanitar enerji siyasəti yürüdən nadir ölkələrdən biri kimi tanınmasına şərait yaradır”.

“Azərbaycanın enerji siyasətinin dayanıqlılığı onun resurs bazasının genişliyi ilə də bağlıdır. “Şahdəniz”, “Abşeron” və “Babək” yataqları üzrə mərhələli inkişaf proqramları ixrac imkanlarını uzunmüddətli perspektivdə qoruyur. Xüsusilə “Abşeron” layihəsi çərçivəsində 2029-cu ildə əlavə 4,3 milyard kubmetr qaz hasilatının planlaşdırılması Azərbaycanın yeni bazarlar qarşısında öhdəliklərini yerinə yetirmək gücündə olduğunu göstərir”-deyən Nicat İsmayılov hesab edir ki, bu potensial Azərbaycanı təkcə Avropa üçün deyil, Yaxın Şərq və Aralıq dənizi hövzəsi üçün də etibarlı enerji tərəfdaşına çevirir.

Nicat İsmayılov bildirib ki, Azərbaycanın Suriyaya enerji dəstəyi göstərməsi bir daha sübut edir ki, ölkənin enerji strategiyası yalnız ixrac rəqəmləri ilə ölçülmür: “Bu strategiya humanitar məsuliyyət, siyasi uzaqgörənlik və geosiyasi balans üzərində qurulub. Elektrik enerjisi çatışmazlığının azaldılmasına töhfə verməklə Azərbaycan regional problemlərin həllində iştirak edən, sabitlik və əməkdaşlıq tərəfdarı olan dövlət kimi mövqeyini möhkəmləndirir. Bu gün Azərbaycan enerji resurslarını güc nümayişi üçün deyil, etimad quruculuğu və sülhə xidmət edən alət kimi istifadə edir. Məhz bu yanaşma ölkəni regional enerji ixracatçısından qlobal siyasi aktora doğru aparan əsas strateji xətt kimi dəyərləndirilə bilər”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri