Icma.az
close
up
RU
Diplomatiyadan strateji tərəfdaşlığa ŞƏRH

Diplomatiyadan strateji tərəfdaşlığa ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində ikitərəfli tərəfdaşlığın mahiyyəti yalnız diplomatik təmasların intensivliyi ilə deyil, həm də bu münasibətlərin strateji məzmun qazanması ilə ölçülür. Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri zamanı verilən mesajlar da məhz bu reallığı təsdiqlədi. Bu təmaslar göstərdi ki, Bakı ilə Riqa arasında münasibətlər artıq ənənəvi siyasi dialoq çərçivəsini aşaraq iqtisadi, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq istiqamətlərini özündə birləşdirən daha geniş platformaya çevrilməkdədir.

Səfər zamanı aparılan müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri Azərbaycan-Latviya əlaqələrinin institusional əsaslarının möhkəmlənməsidir. Hökumətlərarası mexanizmlərin aktiv fəaliyyəti və bu çərçivədə konkret layihələrin müzakirə olunması münasibətlərin epizodik deyil, sistemli inkişaf xəttinə malik olduğunu nümayiş etdirir. Xüsusilə Qarabağda keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası postmünaqişə dövründə Azərbaycanın yaratdığı yeni iqtisadi və geosiyasi imkanların Avropa tərəfdaşları üçün də cəlbedici olduğunu ortaya qoyur. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, əməkdaşlığın yalnız mövcud vəziyyətlə məhdudlaşmaması, yeni sərmayə istiqamətləri ilə zənginləşdirilməsi iki ölkə münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxara bilər. Bu yanaşma xüsusilə qarşılıqlı investisiya mühiti baxımından mühüm siqnaldır. Azərbaycanın Avrasiyanın mühüm logistika və enerji mərkəzlərindən biri kimi mövqeyinin möhkəmlənməsi, Latviyanın isə Avropa bazarlarına çıxış imkanları bu tərəfdaşlığı qarşılıqlı fayda modeli üzərində qurmağa imkan verir.

Burada mühüm məqamlardan biri iqtisadi diplomatiyanın siyasi dialoqla paralel inkişaf etdirilməsidir. Son illər qlobal iqtisadi risklərin artdığı bir vaxtda ölkələr arasında informasiya mübadiləsinə, biznes dairələrinin koordinasiyasına və sərmayə planlaşdırılmasına verilən önəm əməkdaşlığın praqmatik əsaslara söykəndiyini göstərir. Bu, sadəcə iqtisadi gündəlik deyil, eyni zamanda uzunmüddətli etimad mühitinin formalaşması deməkdir.

Nəqliyyat və aviasiya istiqamətində perspektivlərin gündəmə gətirilməsi də bu səfərin mühüm nəticələrindən sayıla bilər. Birbaşa uçuş imkanlarının genişləndirilməsi yalnız turizm və biznes əlaqələrinin inkişafı üçün deyil, bütövlükdə Avropa ilə Cənubi Qafqaz arasında bağlantıların möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın son illər yaratdığı nəqliyyat infrastrukturu və hava daşımalarında sabitlik bu sahədə ölkəmizin üstünlüklərini daha aydın nümayiş etdirir.

Səfərin siyasi yükünü artıran digər mühüm məqam regional təhlükəsizlik məsələlərinin geniş müzakirə olunması oldu. Cənubi Qafqaz və Baltik regionu arasında təhlükəsizlik baxımından aparılan fikir mübadiləsi göstərir ki, Azərbaycan artıq yalnız regional aktor kimi deyil, daha geniş təhlükəsizlik arxitekturasında söz sahibi olan tərəfdaş kimi qəbul edilir. Bu, ölkəmizin artan beynəlxalq nüfuzunun növbəti təzahürüdür.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri