“Humix” zavodu tam gücü ilə fəaliyyətə başladı
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən il oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına Sabirabad Sənaye Məhəlləsi, eyni zamanda 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilmiş “Humix” MMC barədə məlumat verib.
Bu ilin əvvəlindən isə “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqrokimyəvi vasitələrin istehsalı zavodu tam gücü ilə fəaliyyətə başlayıb.
“Humix” Azərbaycan istehsalı olan aqrar məhsullar brendi olaraq kənd təsərrüfatı sektorunda torpaq münbitliyinin artırılması, bitki qidalanmasının optimallaşdırılması və məhsuldarlığın yüksəldilməsi istiqamətində fəaliyyət göstərir. Şirkətin bütün məhsulları “Made in Azerbaijan” prinsipi əsasında, yerli iqlim və torpaq şəraiti nəzərə alınaraq hazırlanır.
“Humix”in əsas məqsədi idxaldan asılılığı azaltmaqla, Azərbaycan fermerləri üçün yerli, etibarlı və effektiv aqrar həllər təqdim etməkdir. Məhsullar torpağın fiziki və bioloji strukturunun yaxşılaşdırılması, qida maddələrinin mənimsənilmə səviyyəsinin artırılması və bitkilərin stress amillərinə qarşı davamlılığının gücləndirilməsi məqsədi ilə formullaşdırılır.
Müəssisədə 50 çeşiddə, orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Alman texnalogiyası əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da edilir.
“Humix” yalnız məhsul istehsalçısı deyil, eyni zamanda fermerlər üçün aqrar tərəfdaş rolunu oynayır. Şirkət məhsulların düzgün tətbiqi üzrə məsləhət, istifadə sonrası nəticələrin izlənməsi və sahə üzrə texniki dəstək göstərməklə fermerlərin məhsuldarlığını real göstəricilər üzərindən artırmağı hədəfləyir.
Şirkət Azərbaycan aqrar sektorunun inkişafında yerli istehsalçı olaraq etibarlı mövqe tutmağı qarşısına məqsəd qoyub və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Baxış sayı:78
Bu xəbər 22 Yanvar 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















