Icma.az
close
up
RU
Hüquq, cəmiyyət və erkən nikah: Problemin kökü nədədir?

Hüquq, cəmiyyət və erkən nikah: Problemin kökü nədədir?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Erkən nikah təkcə bir ailənin, bir fərdin deyil, bütöv cəmiyyətin problemidir. Bu, uşaqların təhsil hüququnun əlindən alınması, onların psixoloji və fiziki inkişafının yarımçıq qalması deməkdir. Müasir dünyada sözügedən mövzu ciddi müzakirə predmetidir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu məsələ hələ də aktual olaraq qalır - elə bu yaxınlarda Ağcabədi rayonunda 13 yaşlı qızın ana olması kimi. Bu isə nə ilk deyil, nə də son. Valideynlərin səhv qərarları, cəmiyyətin köhnəlmiş düşüncə tərzi və sosial təzyiqlər qız uşaqlarını gələcəyindən məhrum etməkdə davam edir. Təhsildən yayındırılan, məcburi evliliyə sürüklənən minlərlə uşaq hələ şəxsiyyət kimi formalaşmamış, evlilik və ana olmaq kimi ağır məsuliyyətlərlə üz-üzə qalırlar.

Bəs bu problemin kökündə nə dayanır? Dövlət və cəmiyyət bunun qarşısını almaq üçün nələr etməlidir? Hüquqi tədbirlər və sosial maarifləndirmə erkən nikahların azalmasına necə təsir edə bilər? Bu və digər suallara cavab tapmağa çalışmışıq.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı deyib ki, erkən nikahlar və onların fəsadları narahatlıq doğuran aktual mövzu olmaqda qalır:

"Erkən nikah - 18 yaşdan aşağı şəxslərin, uşaqların fiziki və psixoloji cəhətdən evliliyə və övlad sahibi olmağa hazır olmadan məsuliyyətlə yüklənməsidir. Erkən nikahlar fərdin psixi və bioloji inkişafına mənfi təsir göstərir, onun sosiallaşmasına mane olur və ən əsası təhsildən yayındırır. Beynəlxalq statistikaya əsasən, hər il dünyada 10 milyona yaxın uşaq erkən nikahdan əziyyət çəkir. Bu kimi hallar uşaq istismarının bir növüdür və buna qarşı ciddi tədbirlərin görülməsi zəruridir. Son illərdə bu cür halların statistikasında azalma müşahidə olunur, lakin hələ də bu haldan əziyyət çəkən uşaqlar kifayət qədərdir".

G.Ağamalının sözlərinə görə, erkən nikahlara zəmin yaradan əsas səbəblərdən biri qız uşaqlarını təhsildən yayındıraraq ailə qurmağa məcbur edən valideynlərdir:

"Çox təəssüf ki, düşüncələrində tələsən bu cür ailələr övladlarını cəmiyyətdən təcrid etdiklərinin fərqində deyillər. Adətən erkən evliliklər ailələrin razılığı ilə baş tutur və evlənən fərdlərin bir-birini tanımaq imkanları məhdud olur. Həmin şəxslər ailə planlanmasını dərk etmir və doğulan uşaqların əksəriyyətində problemlər yaranır. Bununla yanaşı dünya statistikasına da nəzər saldıqda 15-17 yaş aralığında evlənənlər arasında intihara meyilliliyin yüksək olduğunu görürük".

Ağcabədi rayonunda 13 yaşlı qızın ana olması ilə bağlı məsələyə münasibət bildirən deputat deyib ki, bu cür hallar dərin təəssüf doğurur:

"Özünün ana qayğısına ehtiyacı olduğu yaş dönəmində bu vəziyyətin baş verməsi təkcə hüquqi deyil, eyni zamanda mənəvi, psixoloji və sosial cəhətdən ciddi mənfi hadisədir. Bu kimi neqativ hadisələrin qarşısının alınması istiqamətində ölkəmizdə hüquqi və institusional addımlar atılır. Bunlara ailə institutunun möhkəmləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, erkən nikahların və uşaq istismarının qarşısını alan qanunvericilik aktlarının təkmilləşdirilməsi aiddir. Həmçinin hüquq-mühafizə orqanları və yerli icra hakimiyyətləri ilə birgə monitorinqlər aparılır".

G.Ağamalı vurğulayıb ki, bütün bunlarla yanaşı, cəmiyyətin hər bir üzvü bu məsələlərə biganə qalmamalıdır:

"Maarifləndirmə işinin artırılması olduqca vacibdir. Valideynlərin məsuliyyət hissi artmalı, məktəblərdə psixoloqların uşaqlarla fərdi danışıqları geniş yer almalıdır".

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran sosioloq Üzeyir Şəfiyev də deyib ki, erkən nikah məsələsi bu gün qlobal miqyasda ciddi müzakirə mövzularından biri olmaqda qalır:

"Ənənəvi, patriarxal cəmiyyətlərdə erkən nikah məsələləri daha çox yayılıb. Orta əsrlər dövründə, hətta yeni əsrə qədər də belə bir yanlış yanaşma var idi ki, qıza papaq vurdun, yıxılmadısa, onu ərə vermək olar. Şərq ölkələrində, eləcə də Azərbaycanda bu cür yanlış yanaşma erkən evliliklərə rəvac verirdi. Lakin bu gün biz dünyəvi dövlətdə yaşayırıq. Azərbaycan uşaq hüquqları ilə bağlı həm hüquqi, həm də praktiki addımlar atıb, uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulmuşuq, dövlət strategiyası var".

Sosioloqun fikrincə, erkən evlilik hallarına humanist yanaşma yolverilməzdir:

"18 yaşa qədər olan evliliklər uşaq evliliyi sayılır. Fərdlər 18 yaşa qədər özü ilə bağlı müstəqil qərar verə bilmirlər. Buna görə də evlilik yaşı 18 müəyyənləşib. Erkən nikaha və erkən evliliyə məcburetmə hüquqi məsuliyyət yaradır. Bu cür hallarda sərt cəza tədbirləri görülməlidir. Belə nümunələrdə humanist yanaşmalar presedentlər yarada bilər. Ona görə sərt cəza tədbirləri görülməli, valideynlər də məsuliyyət daşımalıdırlar. Valideyn 18 yaşa qədər uşağın təhlükəsizliyi üçün əsas məsul şəxsdir, onların Konstitusiyada, Ailə Məcəlləsində vəzifələri, öhdəlikləri var".

Ü.Şəfiyev, həmçinin xatırladıb ki, valideyn uşağı erkən nikaha məcbur etdiyi halda, bu da hüquqi müstəvidə məsuliyyət yaradır:

"Valideynlik hüququ uşaq mənafeyinə zidd ola bilməz. Uşaqla bağlı qərar verərkən, onun hüquqlarını nəzərə almalı, mənafeyini düşünməlidir. Əks halda sərt cəza tədbirləri görülməli və bu ictimaiyyətə çatdırılmalıdır ki, insanlar bu cür əməllərin hansı məsuliyyətlər yaratdığını bilsinlər və bu cür əməllərdən çəkinsinlər".

Ü.Şəfiyevin fikrincə, orta məktəblərdən başlayaraq gənclər arasında ailə dəyərləri aşılanmalı, valideynlərin hüquq və vəzifələri ilə bağlı anlayışlar verilsin:

"Eyni zamanda bu cür hallar daha çox bölgələrdə rast gəlindiyi üçün oradakı valideynlərlə bu istiqamətdə iş aparılsın. Dövlət qurumları, komitələr bu cür halların baş vermə ehtimalı yüksək olan ailələrlə iş aparmalı, profilaktik tədbirlər görülməlidir".

Həmsöhbətimizin fikrincə, cəmiyyətdə həm də müsbət nümunələr qabardılmalıdır:

"Təəssüf ki, hələ də bölgələrimizdə qızlar 9-cu sinifdən təhsildən yayındırılır, onların zehniyyətini ərə getmək, ailə qurmaq kimi məsələlərlə yükləyirlər. Buna görə, icbari təhsilin 11 illik olsun. Bu zaman təhsildən yayındırma və erkən evliliyə təhrik etmə hallarının qarşısı alına bilər. Eyni zamanda qadınların uğur hekayələrini cəmiyyətə daha çox çatdırmaq lazımdır. Bu baxımdan yaxşı olar ki, bölgələrdə iş həyatında, təhsildə uğur qazanmış qızlarla görüşlər təşkil edilsin, müsbət nümunələrlə buna təşviq yaradılsın".

Ü.Şəfiyev qeyd edib ki, boşanma halları təhlil edilərkən erkən evliliklərin də bu statistikada xüsusi çəkisi var:

"Qızlarımıza birinci təhsil vermək lazımdır. Onlar karyera qurmalı və həyatı başa düşdükdən sonra isə ailə qurmalıdırlar. Ona görə qızlar arasında tövsiyə olunan nikah yaşı 23-24 yaşdır. Onlar üçün isə 28-29 yaş daha uyğun hesab edilir. Çünki bu yaşa qədər oğlanlar da təhsillərini tamamlayır, mənzil-məişət məsələlərini qismən həll etmiş olurlar. Dövlətimiz gənc ailələrə dəstək proqramlarını davam etdirməli, onların mənzil məsələlərinin yaxşılaşdırılması və məşğulluq məsələlərini təmin etmək üçün əlavə sosial dəstək tədbirləri həyata keçirilsin. Bu ailə dayanıqlığına, gənclər arasında məşğulluq və sosial təminat məsələlərinə töhfə verər".

Qeyd edək ki, 2025-ci il iyulun 1-dən Azərbaycanda üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasına icazə verən müddəa ləğv edilir. Bundan əlavə on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili, evliliyə dair sövdələşmə, həmçinin yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi, dini kəbinkəsmə hüquqi məsuliyyət yaratmaqla cərimə və cəza tədbirləri nəzərdə tutulub.

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri