Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ötən onilliklərin solmayan kinolentləri

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Problemin kökü nədədir və necə həll edilməlidir?.. Avtomobillərin parklanması

Problemin kökü nədədir və necə həll edilməlidir?.. Avtomobillərin parklanması

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya praktikasında parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitələri sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Bizdə isə bu, tamamilə əksinədir. Paytaxtın nəqliyyat idarəçiliyində ən mühüm problemlərdən biri də məhz parklanmadır.  Bakıda avtomobillərin sayının çox olması ilə yanaşı, parklanma da çarəsi tapılmayan "xəstəliyə" çevrilib. Bu səbəbdəndir ki, son illər paytaxtda bəzi ərazilərdə parklanma ilə bağlı müəyyən dəyişikliklər  edilir, avtomobillərin parklanması yeni qaydalarla təşkil olunur, parklanma yerlərinin sayı artırılır.

Bəs Bakıda avtomobillərin parklanması ilə bağlı problem niyə hələ də tam həllini tapmır?

Dövlət öz balansında olan avtomobil yollarında parklanma yerləri təşkil edir, amma bu, kifayət etmir. Çünki…

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı diqqətə çatdırdı ki, parklanma problemini həll etmək üçün tikinti özbaşınalığına son qoymaq lazımdır. Çünki problemin kökü buradan qaynaqlanır: “Dövlət öz balansında olan avtomobil yollarında parklanma yerləri təşkil edir, amma, bu, kifayət etmir. Çünki obyektlərin parklanma yerləri yoxdur,  bu səbəbdən də vətəndaşlar avtomobil saxlamaqda çətinlik çəkirlər. Qaydalara əsasən,  Bakı şəhərində tikilən bütün obyektlərin parklanma yeri olmalıdır. Amma istər yaşayış, istərsə də qeyri-yaşayış obyektlərinin əksəriyyətinin parklanma yeri yoxdur. Nəticədə “parklanma qiyməti niyə bahadır, parklanma yerləri yoxdur” məzmunlu problem və narazılıq yaranır. Bununla bağlı şikayət etməkdənsə,  sakin yaşadığı binanın sahibindən, həmçinin klinikaya gələn xəstə, alış-veriş mərkəzinə üz tutan istehlakçı həmin ərazilərə cavabdeh olanlardan parklanma üçün yer tələb etsə  yaxşı olar. Bununla yanaşı, dövlət qurumları həmin obyekt sahiblərinin qarşısında tələb qoymalıdırlar ki, parklanma yerləri təşkil edilsin.  Nə qədər ki, sözügedən  məsələ  ilə bağlı  konkret həll yolu tapılmayıb bu, aktual problem olaraq gündəmdə  qalacaq”.

Ekspertin sözlərinə görə, əvvəlki illə müqayisədə indiki parklanma sistemi yaxşıdır: “Hazırda parklanmaya görə ödənişlər nağdsız və şəffaf şəkildə edilir. Parklanma sistemində xeyli insan çalışır, onlar əməkhaqqı alır, sosial təminatları da var. Müəyyən çatışmazlıqları da aradan qaldırsaq bu sistemi daha da mükəmməlləşdirmək olar. Hazırda qanunvericilikdə əvvəlki yaşayış yerinə görə təyin olunan məsələ dəyişdirildi və qeydiyyatda olan vətəndaşlar üçün güzəştlər tətbiq edildi. Nəzərə alsaq ki, vətəndaş Gəncədə qeydiyyatda olub, Bakıda işləyə bilər. Ona görə təklif edirəm ki, yenidən qanuna dəyişiklik edilsin və vətəndaşlara qeydiyyatda olduqları yerə görə deyil, yaşayış yerinə görə güzəştli parklanma şərtləri müəyyən edilsin”.

“Sürücülərin narazı olduğu məqamlardan biri də avtomobillərin parklanma qiymətinin baha olması ilə bağlıdır. Siz parklanma qiymətlərinin münasib olmaması haqqında nə düşünürsünüz” sualına isə həmsöhbətimizin cavabı bu cür oldu: ”Dövlətin balansında olan avtomobil yollarında təşkil olunan parklanmalarının qiyməti baha deyil. Özəl parklanma yerlərində və qarajlarda isə qiymətlər yüksəkdir. Bu səbəbdən də bu qiymətlər tənzimlənməli və dövlətin balansında olan  parklanma zonalarındakı tarifə uyğunlaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, parklanmanın ilk 15 dəqiqəsi istər özəl, istərsə də dövlətə məxsus parklanma yerlərində pulsuzdur. Bəzən görürük ki, hansısa alış-veriş mərkəzinin qarşısında dövlətə məxsus parklanma zonasında qeyri-qanuni parklanma yeri təşkil edirlər və qeyd ediblər ki, parklanmanın 1 saatı pulsuzdur.  1 saatdan sonra isə ora gələn vətəndaş müəyyən miqdarda məbləğ  ödəməlidir. Müvafiq qurumlar  bu qanunsuzluqla bağlı zəruri tədbirlər görməlidirlər ki,  problem aradan qaldırılsın”.

Dövlətin bu sahədə hazırkı siyasətinin məqsədi taksi və yaxud da şəxsi avtomobilə meyil edən insanları yenidən ictimai nəqliyyata qaytarmaqdır

Nəqliyyat eksperti Elməddin Muradlı isə sözügedən məsələ ilə bağlı açıqlamasında diqqətə çatdırdı ki, yeni parklanma  sistemindəki qüsur odur ki, qiymətlər müəyyənləşəndən sonra parklanma ərazisində işləyənlərə heç bir güzəşt edilməyib:“Parklanma ərazisində işləyənlər qiymətlərdən narazı olduqları üçün məhəllələrin həyətlərinə, səkilərə üz tuturlar. Bu, düzgün yanaşma deyil. Hazırda şəhərin mərkəzində vəziyyət belədir: avtomobil sıxlığından məhəlləyə girmək çətinləşib. Parklanmanın yaratdığı bir problem də budur. Bu problem həll edilməli, binaların həyətləri sakinlərə qaytarılmalıdır”.

Elməddin Muradlı diqqətə çatdırdı ki, parklanma qiymətlərinə güzəşt edilməsi ilə bağlı təklif irəli sürüb: “Parklanma ərazisində işləyənlərə hər hansı bir güzəşt edilməsi ilə bağlı mən də təkliflə çıxış etmişəm. Məsələn, parklanma bir gün ödənişli, bir gün isə ödənişsiz olsun. Əminəm ki,  belə olacağı təqdirdə parklanma pullu olan günü vətəndaş işə şəxsi avtomobili ilə gəlməyəcək, ictimai nəqliyyatdan istifadə edəcək”.

Ekspert bildirdi ki, şəhər mərkəzində parklanma qiymətlərinin fərqli olması effektivdir: “Sürücünün pulu olarsa şəhərin mərkəzinə daxil olaraq avtomobilini saxlaya, istəməsə kənarda daha ucuz qiymətə maşınını park edə bilər, yaxud da şəhərin mərkəzinə maşınsız gələ bilər. Yəni, problemin aradan qaldırılmasın bu cür metodlardan da istifadə olunur. Parklanma qaydalarının effektivliyi odur ki, şəhərin mərkəzində çox avtomobil park edilməsin”.

Həmsöhbətimiz vurğuladı ki, şəhər mərkəzində parklanma yeri var, amma yetərli deyil: “Parklanma yerlərinin sayını məhdudlaşdırmağın siyasəti ondan ibarətdir ki, avtomobilləşmə sürətlənməsin. Hər bir insan görür ki, avtomobil üçün münbit şərait, yol, körpü, parklanma yeri var, avtomobilə meyil göstərməyə başlayır. Dövlətin bu sahədə hazırkı siyasətinin məqsədi taksi və yaxud da şəxsi avtomobilə meyil edən insanları yenidən ictimai nəqliyyata qaytarmaqdır”.

DYP səkilərdə avtomobil saxlayan sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Avtosfer.az iki.sahil-"ə istinadən xəbər verir ki, bu barədə BDYPİ-nin məlumatında bildirilib.

Qeyd edilib ki, piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri də nəqliyyat vasitələrinin səkilərdə park edilməsidir."Belə ki, apardığımız müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.

Mövcud qanunvericiliyin tələbinə əsasən səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcəkdir.

Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik", - deyə məlumatda  bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see297

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see220

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see182

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see180

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see177

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see177

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see177

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see177

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see176

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see176

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see175

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see175

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see174

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see174

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see173

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see172

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see172

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see171

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri