Icma.az
close
up
RU
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib FOTOLAR

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib FOTOLAR

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Əli Hüseynli iclası açaraq, komitə üzvlərinə qarşıdakı sessiyada uğurlar arzulayıb və gündəliyə 7 məsələnin daxil edildiyini bildirib.

Komitə sədri əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim edib, sonra komitənin cari ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılması və digər məsələlər nəzərdə tutulub.

Gündəliyin üçüncü məsələsi olan Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə üzvü Bəhruz Məhərrəmov məlumat verib. O bildirib ki, layihə Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətinin hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə hazırlanıb.

“Dövlət xidmətləri haqqında” qanun layihəsini (birinci oxunuş) komitənin üzvü Kamal Cəfərov təqdim edib. Bildirilib ki, yeni qanun layihəsi dövlət xidmətləri sahəsindəki fəaliyyətin təşkilati, hüquqi, iqtisadi əsaslarını müəyyən edir və bu sahədə münasibətləri tənzimləyir. Layihədə dövlət xidmətlərinin göstərilməsi qaydaları, tələbləri ilə bağlı təsbit olunan müddəalar barədə məlumat verən Kamal Cəfərov vurğulayıb ki, bu xidmətlərin qiymətləndirilməsi və keyfiyyətinə nəzarət mexanizmləri də sənədin ən vacib məqamlarındandır.

Gündəliyin beşinci məsələsi olan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı çatdıran Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyiddövlət qulluğuna qəbul sahəsində yaranan münasibətlərin daha dəqiq və aydın tənzimlənməsi üçün sənəddə təklif olunan dəyişikliklər barədə danışıb.

Altıncı məsələni - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş)deputat Əminə Ağazadə təqdim edib. O bildirib ki, sənəd keçən il qüvvəyə minmiş Rəqabət Məcəlləsinin icrası ilə əlaqədar hazırlanıb. Belə ki, Cinayət Məcəlləsinin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma” maddəsi yeni redaktədə təklif olunub, həmçinin bəzi anlayışların yeni izahı təsbit olunub.

Gündəliyin sonuncu məsələsi – “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında komitə sədri Əli Hüseynli məlumat verib. Bildirilib ki, layihə artıq qanunvericilikdə təsbit olunan uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalarla bağlı müddəalara uyğunlaşdırma xarakterlidir.

Sənədlərin müzakirəsində komitə sədri Əli Hüseynli, komitə sədrinin müavini Elşən Musayev, deputat ErkinQədirli, Vəkillər Kollegiyası sədrinin müavini Şahmar Məmmədov çıxış edərək gündəlikdəki məsələlərəmünasibət bildiriblər, fikirlərini səsləndiriblər.

İclasda ötən sessiyada komitədə görülmüş işlər məqbul hesab olunub, komitənin qarşıdakı sessiya üçün iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tədbirdə deputatlar Kamran Bayramov, Sabir Hacıyev, Mübariz Qurbanlı və digər rəsmi şəxslər iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see221

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see167

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see148

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see146

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see139

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see139

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see135

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see134

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see133

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see131

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see128

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri