Icma.az
close
up
RU
Hüquq və İnsan Haqları İnstitutu 2025 ci il üzrə fəaliyyətinin nəticələrini ictimaiyyətə açıqlayıb

Hüquq və İnsan Haqları İnstitutu 2025 ci il üzrə fəaliyyətinin nəticələrini ictimaiyyətə açıqlayıb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2022-ci ildən publik hüquqi şəxs kimi fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutu 2025-ci il ərzində hüquqi maarifləndirmə, normativ hüquqi aktların təhlili və ekspertizası, hüquqi tədqiqat və nəşr fəaliyyəti üzrə həyata keçirdiyi işlərin nəticələrini əks etdirən hesabatını ictimaiyyətə təqdim edib. 

Hesabat dövründə İnstitutun fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş ekspertiza əsas prioritetlərdən biri olub. Bu istiqamətdə 12 normativ hüquqi akt və layihələr üzrə ekspertiza və təhlil aparılıb, rəy və təkliflər hazırlanıb. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları əsasında 7 təklif hazırlanıb və 6 beynəlxalq hüquqi sənədin tərcüməsi həyata keçirilib.

İnstitutun cəmiyyətin hüquqi biliklərinin artırılmasına yönəlmiş fəaliyyəti 2025-ci ildə də geniş miqyasda davam etdirilib. “Heydər Əliyev: cinayətkarlıqla mübarizə”, “Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı”, “Sosial davranış. Polis və gənclər”, “Mülkiyyət hüququnun müdafiəsi və Avropa İnsan Hüquqları Konvensiyası”, “Uşaq hüquqlarının müdafiəsi” və digər aktual mövzular üzrə ümumilikdə 67 təlim və tədbir təşkil olunub. Bu tədbirlərdə 3114 vətəndaşın iştirakı hüquqi maarifləndirmə fəaliyyətinin geniş ictimai əhatəyə malik olduğunu göstərir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində İnstitutun tədqiqat və nəşr fəaliyyəti istiqamətində mühüm təşəbbüslər də reallaşdırılıb. “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitab nəşr edilib və onun 19 ali təhsil müəssisəsində, AMEA-nın 2 Elmi mərkəzində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təqdimatı təşkil olunub. 22 təqdimat tədbiri çərçivəsində 1473 iştirakçı, o cümlədən elmi işçilər, pedaqoji heyət üzvləri, tələbələr, məhkəmə əməkdaşları, hüquqşünaslar və media nümayəndələri ilə geniş müzakirələr aparılıb.

Hüquqi biliklərin sistemləşdirilməsi məqsədilə 3500-dən artıq hüquq terminini əhatə edən izahlı “Hüquq terminləri lüğəti”, eləcə də “Akademik hüquqi yazı kitabçası” nəşr olunub. Bundan əlavə, 3 monitorinq hesabatı hazırlanıb. Həmin hesabatlardan biri hüquq jurnallarına, ikisi isə onlayn mediada insan hüquqlarının pozulması hallarına həsr edilib. 

Ötən ildə rəqəmsal hüquqi resursların inkişafı da İnstitutun diqqət mərkəzində olub. “Hüquq və insan haqları virtual kitabxana”sı 502 yeni hüquqi vəsaitlə zənginləşdirilib, hazırda burada hüququn müxtəlif sahələrini əhatə edən 2211 vəsait vardır. Eyni zamanda, “Praktikaya Aid Siqnallar Sorğusu (PASS) platforması” vasitəsilə vətəndaşlar tərəfindən qanunvericiliyin tətbiq olunması mexanizmlərinin təkmilləşdirilməsinə dair 46 təklif irəli sürülüb.

İnstitutun 2025-ci il üzrə hesabatı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://lhri.az/az/articles/i-llik-hesabat-2025 

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see156

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri