Hüquqi sənəd olmadan 100dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb
Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu barədə "Operativ Media"ya Audiovizual Şuradan verilən məlumatda deyilib.
Bildirilib ki, aparılan mütəmadi monitoriqlər nəticəsində platforma operatorları olan "Artkom.Net" MMC, "Boss Group" MMC və "Shakh Telecom" MMC-nin retranslyasiya paketlərində buna hüquq verən sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb. Bununla bağlı Audiovizual Şura tərəfindən 19-20 noyabr 2024-cü il tarixlərində inzibati xəta haqqında protokollar tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.
Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.
Baxış sayı:83
Bu xəbər 21 Noyabr 2024 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















