Icma.az
close
up
RU
Hüquqların pozulmasına görə mənəvi zərərin ödənilməsi müzakirə olunub

Hüquqların pozulmasına görə mənəvi zərərin ödənilməsi müzakirə olunub

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib.

Ali Məhkəmənin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda Ali Məhkəmənin kollegiya sədrləri, hakimlər, Elmi-məsləhət şurasının üzvləri, habelə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova, Audiovizual Şuranın şöbə müdiri Nemət Cavadov, hüquqşünaslar - Arif Eyyubov və Röyal Məhərrəmov iştirak ediblər.

İclasda “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi” mövzusu üzrə müzakirələr təşkil edilib.

İclasa sədrlik edən Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, müzakirənin məqsədi məhkəmələr tərəfindən işlərə baxılarkən mənəvi zərərin ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması üçün aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsidir.

Qeyd edilib ki, Ali Məhkəmə tərəfindən şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi ilə bağlı geniş məzmunlu Plenum qərarı layihəsi hazırlanıb. Xüsusilə şəxsi həyatın toxunulmazlığı, ailə sirri kimi tez-tez pozulan hüquqların müdafiəsi məsələləri yeni qərar layihəsində əksini tapıb. Diqqətə çatdırılıb ki, xüsusilə media subyektlərində bu kimi qorunan münasibətlərə müdaxilə hallarına tez-tez rast gəlindiyindən, Ali Məhkəmə tərəfindən müvafiq izahların verilməsi zəruri hesab edilir.

Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva çıxışında işgüzar nüfuzun müdafiəsi ilə bağlı kommersiya mübahisələrində məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə hazırlanan yeni Plenum qərarının layihəsində müvafiq izahların nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Plenumun qərar layihəsi hazırlanarkən mövcud məhkəmə təcrübəsi, o cümlədən dünya ölkələrinin qabaqcıl məhkəmə təcrübəsinin geniş təhlilləri aparılıb.

Daha sonra mövzu üzrə müzakirəyə təqdim edilən “Qanunla qorunan qeyri-maddi nemətlərlə yanaşı, qanunla qorunmayan qeyri-maddi nemətlərin də məhkəmə müdafiəsinin, habelə onlara müdaxilə halında mənəvi zərərin ödənilməsinin mümkünlüyü”, “Mənəvi zərərin əvəzinin ödənilməsində hüquqi varislik”, "Mənəvi zərərin ödənilməsi tələblərində prezumpsiya və sübutetmə", “Qanuni və faktiki prezumpsiyanın xüsusiyyətləri”, “İşgüzar nüfuza vurulmuş zərərin ödənilməsini istisna edən qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar və ya ifadələrin xüsusiyyətləri” və digər suallar ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Sonda Ali Məhkəməyə təqdim olunmuş mülahizələrdə və iclasın gedişində şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsindən irəli gələn mübahisələr üzrə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə dair fikirlərin və təkliflərin vahid hüquq tətbiqetmə təcrübəsinin formalaşdırılması baxımından faydalı olduğu, gələcək fəaliyyətdə nəzərə alınacağı qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see178

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see153

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see142

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see140

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see139

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see136

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see135

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see133

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see129

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see128

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see126

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see125

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see123

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see122

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see121

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see121

“Putin üçün iqtisadiyyat artıq siyasi məsələdir“ Aleksaşenko

11 Sentyabr 2025 21:52see120

Süni intellekt kamerasından istifadə etməklə ilk əməliyyat...

11 Sentyabr 2025 22:45see118

ABŞ Konqresində UNO dinləmələri

12 Sentyabr 2025 01:19see116

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri